o-basci-idi-her-kesi-gondere-bilerdi-amma-fedakarliq-etdi

“Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır. Ondan əlavə çox adam var idi. Bizi oradan uzaqlaşdırdı ki, sel bizi də aparar”.

“Qafqazinfo”nun məlumatına, bu barədə aprelin 16-sı Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində həlak olan tikinti sahəsinin rəisi Pərviz Həyatullayevin yanında olan işçilər bildiriblər.

“Pərviz müəllim bir başçı idi. Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi, xilas etmək istədi”, - deyə, onlar söyləyiblər.

İş yoldaşları hadisənin baş verdiyi yerdə onu anıb. Mərhumun ruhuna dualar oxunub, şəkli önünə gül dəstələri qoyulub.

Xatırladaq ki, podratçı şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və P. Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib. Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qeyd edək ki, 42 yaşlı P. Həyatullayev ötən gün Binəqədi qəbiristanlığında dəfn olunub. O, 4 uşaq atası idi.

Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:

 

 


 
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı
15 Aprel 2025 İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Xəbər lenti