Nicat Nəsirli: “İrandan kartof idxalının dayandırılması kartofun qiymətinin bahalaşması üçün müəyyən şübhələr yaradır”

Azərbaycanın əsas kartof tədarükçüləri İran, Rusiya, Ukrayna və Belarusiyadır.

Qeyd edək ki, Pakistan da İran vasitəsilə Azərbaycana kartof idxal edən ölkələr arasındadır. İranda yeni növ koronavirusun yayılmasından sonra qonşu ölkə ilə sərhədlərini bağlayan və ticarəti dayandıran Pakistan Azərbaycana kartof ixracını davam etdirmək üçün yeni üsula əl atıb. Daha əvvəl İran vasitəsi ilə Azərbaycana kartof ixrac edən Pakistan artıq dəniz yolu ilə təchizata başlayıb.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Cebhe.info-ya verdiyi məlumatda bildirib ki, ölkənin il üzrə kartofa tələbatı 887 min tondur. Bizdə istehsal təxminən 1 milyon həcmindədir. Yerli istehsal ölkəni tam təmin etməyə imkan verir. Payız-qış mövsümündə təxminən 160 min tona yaxın xaricdən kartof idxal edilir. İran Azərbaycanın kartof bazarını formalaşdıran ən böyük ölkədir. İl ərzində bu ölkədən təxminən 50 min ton kartof alırıq.

Maraqlıdır, yerli istehsal tələbatı ödəməyə imkan verirsə, nə üçün xaricdən kartof idxal olunur?

Ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi var:

“İdxal olunan kartoflar sırf qida üçün gətirilmir. Belə ki, bu kartofların bir hissəsi əkin məqsədi ilə gətirilən toxumluq kartoflardır. Digər tərəfdən ölkədə ixtisaslaşmış soyuducu anbarlarda kartofların hamısını saxlamaq mümkün olmadığı üçün ölkəni yerli məhsulla tam təmin etmək olmur. Ona görə də oktyabr ayından aprel ayına kimi qeyd olunan ölkələrdən təxminən 160 min ton həcmində kartof idxal etmək məcburiyyətində qalırıq”.

İrandan kartof idxalının dayandırılması bahalaşmaya səbəb ola bilərmi?

Ekspert qeyd edir ki, İranla sərhədlər qısa müddətliyinə bağlanıldığı üçün qiymət artımına iqtisadi zəmin yoxdur:

“Kartof elə bir məhsuldur ki, il ərzində ona təlabat çox olur. Koronavirusa görə sərhədlərin bağlanması və İrandan kartof idxalının dayandırılması kartofun qiymətinin bahalaşması üçün müəyyən şübhələr yaradır. İranla sərhəd iki həftəlik bağlanılıb, sırf iki həftə ərzində kartofun bahalaşması üçün iqtisadi zəmin yoxdur, bahalaşma olacaqsa, bu artıq süni qiymət artımı kimi qiymətləndirilməlidir”.

Eyni zamanda ekspert bildirib ki, Pakistandan kartof idxal olunmazsa, vəziyyətdə ciddi dəyişikliklər baş verməyəcək:

“Pakistandan il ərzində çox az kartof idxal olunur. Ordan idxal olunan kartof əsasən toxuculuq məqsədi ilə istifadə olunur. Pakistanla məsafə uzaq olduğu üçün ordan gətirilən kartofun maya dəyərinə təsir edir. Əgər Pakistandan kartof idxal olunmasa, vəziyyətə ciddi təsir göstərməyəcək”.    /Cebhe.info/

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti