Koronavirusun “Britaniya” ştammı adlanan yeni növü əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur.

Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, “Britaniya” ştammında iybilmə qabiliyyətinin itirilməsi “çin” variantına nisbətən özünü daha zəif büruzə verir.

 AZƏRTAC xəbər verir ki, təşkilat İngiltərədə COVID-19-a tutulmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib.

Yoluxanların çoxunda bu üç simptomdan ən az biri aşkarlanır.

İlk dəfə Kent qraflığında 2020-ci ilin sentyabrında müəyyənləşdirilən yeni ştamm virusun ilkin variantından daha sürətlə yayıla bilər. O, Britaniyanın bütün hissələrində aşkarlanıb. Bu səbəbdən də yeni infeksiyaların sayı kəskin şəkildə artıb ki, bu da hakimiyyəti hər yerdə lokdaun elan etməyə məcbur edib.

Bu, yeni ştammın daha öldürücü olması barədə düşünməyə əsas versə də, hələlik bunu təsdiqləmək üçün elmi dəlilər kifayət qədər deyil.

Bundan əlavə, ölkədə Cənubi Afrika və Braziliyadan keçən daha iki, lakin tək halda olan ştamm aşkarlanıb.

Statistika Bürosunun əməkdaşları yeni COVID-19 ştammı üçün götürülən testlər müsbət çıxandan bir həftə əvvəlki simptomları analiz ediblər.

Tədqiqatlar zamanı 2020-ci ilin noyabr ayının ortalarından 2021-ci ilin yanvar ayının ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb. Məlumatlar göstərir ki, yeni ştamm ilk halda olduğu kimi üç yox, iki genlə uyğunlaşır.

Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupdan 35 faiz öskürək, 32 faiz yorğunluq, 25 faiz əzələ və ümumən bədəndəki ağrılardan, 21,8 faiz isə boğazdakı ağrılardan şikayətlənib.

Bundan əvvəlki ştamma yoluxmuş 2,5 min nəfərlik qrupun 28 faizi öskürək, 29 faizi yorğunluq, 21 faizi əzələ və ümumən bədəndəki ağrılardan, 19 faizi isə boğazdakı ağrılardan şikayətlənib.

Müəyyənləşdirilib ki, koronavirusun yeni ştammına yoluxmuş xəstələrin 16 faizində dad hissi, 15 faizində isə iybilmə qabiliyyəti itir.

Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.

Uorik Universitetinin Molekulyar Onkologiya üzrə virusoloqu, professor Lourens Yanq bildirib ki, Uhanda aşkarlanmış virusla müqayisədə yeni ştammda 23 dəyişiklik qeydə alınıb.

Yanq daha sonra əlavə edib ki, virusun yeni ştamma yoluxanların orqanizmində sürətlə çoxalması infeksiyanın bədənə daha geniş yayılmasına səbəb ola bilər. O, şiddətli öskürəyin, əzələ ağrılarının və yorğunluğun da, çox güman ki, bununla bağlı olduğunu diqqətə çatdırıb.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti