"Göyçə gölünün sahilində Azərbaycan mahnısının səsləndiyini eşitdim”.
Yol-xeber.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu ərazidə olan erməni qadın sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Qarabağdan gələn bir qrup şəxs sərxoş vəziyyətdə ağacların kölgəsində dincəlirmiş:
"Həmin vaxt onların maqnitofonunda yüksək səslə Azərbaycan mahnısı səslənirdi”.
Bununla bağlı çəkilən videoda görsənir ki, həmin an kimsə maqnitofonun şnurunu çıxarıb.