|
Güney Azərbaycanın Ərdəbil vilayətindən olan məşhur qəzəl ustadı, “Sadiq” təxəllüsü ilə tanınan Əliəsgər Sadiqifər vəfat edib.
Kult.az xəbər verir ki, o, bu gün səhər saatlarında Təbrizdə xəstəxanada uzun sürən xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişib.
Mərhumun dəfn mərasimi bu gün Ərdəbilin Yasavul məscidində baş tutacaq.
Qeyd edək ki, Əliəsgər Sadiqifərin "Söyüdlər" adlı qəzəllər məcmuəsi, "Minayi şikəstə" adlı kitabı var.