|
Azərbaycanın tanınmış rəssamı Günay Mehdizadə Türkiyədə master-klass keçərək, özünün rəsm texnikasından danışıb.
Kult.az xəbər verir ki, G.Mehdizadənin master-klassı Bursadakı Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində reallaşıb. Tədbirin təşkilatçıları Bursa Mədəniyyət, İncəsənət və Turizm Vəqfi və Beynəlxalq Qadın Sənətçilər Dərnəyinin Bursa şöbəsidir.
Xatırladaq ki, azərbaycanlı rəssamın Mustafa Kamal Atatürkə həsr etdiyi portret Türkiyənin sərvəti kimi Ankarada Atatürkün ev muzeyində sərgilənir.