|
Parlamanımız açıldı, gördük. Fətəli Xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi.
Kult.az xəbər verir ki, bu sözlər Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy Hacıbəylinin AXC-nin parlamentinin açılışı ilə bağlı yazdığı yazıda, üçrəngli bayrağımız haqqında qeydindəndir. Həmin vaxt Üzeyir bəy dövlət bayrağımızın necə böyük əhəmiyyət daşıdığını bu sözlərlə təsvir edirdi:
“Parlament binasının içində zinətdən diqqəti cəlb edən şey qiymətli xalılar deyildi, bəlkə qiymətcə ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayrağımız idi... Məhəmməd Əmin öz nitqində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endiriləməz!” dedikdə bütün məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən, təəssürati-fövqəladəmdən başımın bütün tükləri biz-biz oldu!”