|
Güney Azərbaycanın Urmiya şəhərində fəallar uşaq bağçalarından birinə türk dilində kitablar paylayıblar.
Kult.az xəbər verir ki, fəalların sözügedən aksiyası azyaşlılar tərəfindən böyük sevinclə qarşılanıb. Güneyli soydaşlarımız bağçaların uşaqların formalaşmasında böyük rol oynadığını, xüsusən burada türk dilində kitabların paylanmasının əhəmiyyət daşıdığını bildiriblər.
Bu kimi mədəni fəaliyyətlər uşaqların dil və mədəni kimliyinin qorunub-saxlanılmasına müsbət təsir göstərir.