|
Bu ilin iyununda başa çatan "Maşın”dan Roza Zərgərlinin qazandığı avtomobilin aqibətinə şounun prodüseri və aparıcısı Murad Dadaşov bir daha aydınlıq gətirib.
Kult.az Milli.az-a istinadən xəbər verir ki, xalq artisti bununla bağlı "Bizimləsən” verilişində danışıb.
Şoumen açıqlaması zamanı R.Zərgərlinin maşından imtina etməsinin əsl səbəbinin başqa olduğuna diqqət çəkib:
"Roza orijinal addımlı bir insandır. "Maşın”da da orijinallığından geri qalmadı. Şounun bitməsi ərəfəsində bir ideyası var idi. Amma final günündə belə bir fikir söylədi ki, mən maşını götürmürəm. O, istədiyi şərtlərlə maşını ala bilmədiyi üçün dedi, yox, mən o zaman maşını götürmürəm.
O maşının aqibəti ilə bağlı bizə çoxlu müraciətlər olub. Bu "Maşın”ın sonuna qədər ondan qabaqkı maşının (Rozanın imtina etdiyi maşın) aqibəti həll olunacaq”.
Qeyd edək ki, bundan öncə Murad Dadaşov maşının tamaşaçılardan birinə veriləcəyini və bununla bağlı yarışın nəzərdə tutulduğunu bildirmişdi.