|
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda təmir işlərinin icrası davam etdirilir.
Bu çərçivədə Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20-23-cü km-lik hissəsində təmir işləri davam etdirilir.
Təmir işləri çərçivəsində Kövkəb Səfərəliyeva küçəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20-23-cü km-lik hissəsində isə frezlənmə işləri icra olunub. Hazırda ərazidə asfaltlanma işləri davam etdirilir.
Qeyd edək ki, təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN..
Yol-xeber.az" xəbər verir ki, Şənbə və bazar günləri paytaxt yollarında hərəkət intensivliyinin azalmasından istifadə edərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri, körpü və piyada keçidlərinin, həmçinin yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılıb.
Bu çərçivədə “20 Yanvar dairəsi”ndə yerləşən avtomobil körpüsünün, Ziya Bünyadov prospektində yerləşən piyada keçidlərinin və yol elementlərinin yuyularaq təmizlənməsi, həmçinin Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində və “Xutor dairəsi” adlanan ərazidə yerləşən avtomobil tunellərində zəruri təmir işləri icra olunub.
Sözügedən işlər zamanı körpü, keçid və tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər və bardür hissələri xüsusi təyinatlı maşınlar və xüsusi təmizləyici məhlullar vasitəsi ilə təzyiqli su verilərək yuyulub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.
Yeni yerüstü piyada keçidi Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində tikilir.
Üstüqapalı, orta dayaqlı metal konstruksiyalı olan keçidin uzunluğu 51 metr, hərəkət hissəsinin eni 3.5 metr, pilləkənlərin eni 3 metr, yol səviyyəsindən hündürlüyü isə 5.8 metr təşkil edir.
Layihə üzrə artıq keçidin platformasının quraşdırılması işləri yekunlaşmaq üzrədir.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə layihə çərçivəsində müasir lift sistemlərinin quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin aparılması nəzərdə tutulub.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi sözügedən ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə İsmayıllı rayonunda bir-neçə ərazidə təmir işləri aparılıb.
Belə ki, təmir işləri İsmayıllı rayonunda Şəhid Elnur Səmədov adına küçədə, Qaraməryəm - İsmayıllı - Şəki avtomobil yolunun 32-ci km-də və Quşencə-Zoğallıq avtomobil yolunda yerləşən ərazilərdə təmir işləri aparılıb.
Təmir olunan ərazilərin ümumi sahəsi 1852 m2 təşkil edir.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub.
Belə ki, 2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib.
Qeyd edək ki, bu nüfuzlu mükafatın qalibi hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münsiflər heyəti, hakimlər və BYF Qlobal-ın könüllülər rəhbərliyi tərəfindən qiymətləndirilərək seçilib.
Bu mükafatı qazanmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müstəsna layihələri mükəmməlliyə, innovasiyaya və cəmiyyətə müsbət təsirinə görə mükafatlandırılmış təşkilatların elit qrupuna qoşulub.
Sentyabrın 26-da Bolqarıstanın Plovdiv şəhərində baş tutan mükafatlandırma mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən agentliyin İnvestisiya Baş İdarəsinin Xarici İnvestisiya şöbəsinin rəisi Emin Məmmədzadə iştirak edib.
Emin Məmmədzadə çıxışında Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, icrası həyata keçirilmiş və davam etdirilən mühüm yol layihələri barədə geniş məlumat verib. Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.
Mükafatlandırma tədbirində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu il Azərbaycanda keçiriləcəyi, ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətlə fəal hazırlıq prosesində olduğu, ölkəmizin bütün müvafiq qurumlarında olduğu kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də COP29-a hazırlıqların sürətlə davam etdiyi qeyd olunub.
Tədbirdə həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun 300-dən çox şəhər və kəndi, doğma torpağlarımızı, təxminən 30 il davam edən işğaldan azad etməsindən bəhs edilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 45 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Avtomobil yolu layihələrinin ümumi uzunluğu 3094,3 km təşkil edir.
Proqram çərçivəsində artıq ümumi uzunluğu 254,2 km təşkil edən 7 avtomobil yolu layihəsini uğurla icra olunaraq yekunlaşdırılıb.
Bildirilib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 69,1 km təşkil edən olan 45 avtomobil tuneli, ümumi uzunluğu 13,4 km-ə yaxın olan 463-dən artıq körpü, viaduk və yol ötürücüsü də inşa edilir.
Mühüm yol infrastrukturu layihələrindən biri olan və İnnovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilmiş uzunluğu 81,7 km təşkil edən I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda da 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib. Diqqətə çatdırılıb ki, viadukların tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.
Stiv Philips – Avropa Yollar Konfederasiyasının Baş katibi
“Mən Stiv Filips CEDR-in (Conference of European Directors of Roads) - baş katibi olaraq sizi Beynəlxalq Yol Federasiyası tərəfindən təltif olunmağınız münasibətilə təbrik edirəm. İcra etdiyiniz layihələr çox təqdirəlayiqdir və əminəm ki, yol infrasturukturu sahəsində ölkənizdə görə biləcəyim müsbət işlər kifayət qədərdir.”
Kristof Demut – “Kapsch” şirkətinin layihələrin idarə edilməsi üzrə baş mütəxəssisi
“Azərbaycanda icra olunan müasir yol infrastruktur layihəsi haqqında öz fikirlərimi bildirmək istərdim. Qeyd etməliyəm ki, burada bizə təqdim olunan layihənin önəmli cəhəti odur ki, bu layihə vaxtında və yüksək standartlarla icra edilmişdir. Bizə məlum olan Qərb standartları üzrə icra edilmiş bu layihə Avropa və Asiyanın birləşməsində yol qovşağı funksiyasını icra edəcəkdir.”
Esteban Salinas – “Ekoposte” şirkətinin Beynəlxalq Biznesin İnkişafı üzrə direktoru
“Sizi Beynəlxalq Yol Federasiyası tərəfindən təltif olunmanız münasibətilə təbrik edirəm. Bu böyük bir uğurdur. Ölkənizin yol infrastrukturu sahəsində əldə etdiyi nailiyyətlərə görə, xüsusən də yol təhlükəsizliyi sahəsindəki həyata keçirilən tədbirlərlə bağlı sizi təbrik edirik.”
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda təmir işlərinin icrası davam etdirilir. Bu çərçivədə Salyan şosesində aparılan təmir işləri yekunlaşıb.
Təmir işləri sözügedən şosenin Bibiheybət şosesindən Lökbatan dairəsinədək olan 5.33 km uzunluğa malik, ortalama eni 28 metr təşkil edən hissəsində icra olunub.
Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. İcra olunan təmir işləri ilə bu problem aradan qaldırılıb.
Aparılan işlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşı düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 150 min kv.metrdən çox əraziyə yeni asfalt-beton örtüyü döşənib.
Asfaltlanma işlərinin ardınca ərazidə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunub.
Hazırda sözügedən şose müasir görkəmdə vətəndaşların istifadəsindədir.
YOLUNUZ AÇIQ OLSUN...
.Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində aparılır.
Uzunluğu 1046 metr, ortalama eni 17.5 metr olan küçədə hazırda frezlənmə işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir.
Uzunluğu 23.5 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolların eni 10 metrə qədər genişləndirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolboyu torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülüb. Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib. Artıq yolun Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov hissələrində yeni asfalt örtüyünün döşənməsi işləri yekunlaşıb.
Hazırda Sırıq və Keçələkəran hissələri üzrə asfaltlanma işləri son mərhələdə olmaqla aparılır.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub.
Layihə üzrə yolun Sırıq, Keçələkəran və Zəngələ hissələrində hər biri bir aşırımlı olmaqla 3 yeni avtomobil körpüsünün də tikintisi artıq yekunlaşmaq üzrədir.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.
Bu çərçivədə Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri həyata keçirilir. Məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.
Layihəyə əsasən hər iki istiqamət üzrə hazırda yol 2 hərəkət zolağı enində genişləndirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Ardınca asfaltlanma işlərinin icrası həyata keçiriləcək, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa ediləcək.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə agentlik tərəfindən icra olunur. İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq paytaxt Bakı ərazisində və şəhər ətrafında küçə və yolların təmiri ilə bağlı Azərbayucan Avtomobhil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər icra olunur.
Xüsusən paytaxt Bakı ərazisində yay tətili dönəmində hərəkət intensivliyinin azalmasından istifadə edilərək 20 ünvanda (küçə və prospekt) təmir işləri sürətlə və keyfiyyətlə icra olunaraq yeni tədris ilinin başlanılmasına qədər yekunlaşdırılıb:
1. Səbail rayonu, Teymur Elçin küçəsi
2. Səbail rayonu, Mehdi Hüseyn küçəsi
3. Nərimanov rayonu, Atatürk prospekti
4. Parlament prospekti (Mehdi Hüseyn küçəsindən M.Müşfiq küçəsinədək)
5. Mikayıl Müşfiq küçəsi (Mətbuat prospektindən İ.Qutqaşınlı küçəsinədək)
6. Azadlıq prospekti (Cəfər Xəndan küçəsindən Koveriçkin küçəsinədək)
7. Xaqani küçəsi (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
8. Əhməd Rəcəbli küçəsi (Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinədək)
9. Əhmədbəy Ağaoğlu küçəsi (F.X.Xoyski küçəsindən Xətai prospektinədək)
10. Zərifə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küç-dən Aleksandr Puşkin küçəsinədək)
11. Əhməd Rəcəbli küçəsi (Z.Bünyadov prospektindən C. Xəndan küçəsinədək)
12. 28 May küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinədək)
13. Mikayıl Müşfiq küçəsi ("Qurd" qapısından Bakı Şəhər DYP İdarəsinədək)
14. Nizami küçəsi (Rəşid Behbudov küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
15. Nizami küçəsi (Azərbaycan prospektindən Səid Rüstəmov küçəsinədək)
16. Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi (Atəşgaha gedən yol)
17. Dilarə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Bülbül prospektinədək)
18. Mirzəağa Əliyev küçəsi (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinədək)
19. Mətbuat prospekti
20. Həsənbəy Zərdabi küçəsi
Yay tətili zamanı başlanılan və yeni tədris ilinin başlanılmasına qədər təmiri yekunlaşdırılmış küçə və prospektlərin ümumi uzunluğu 27 390 metr təşkil edir.
Bundan başqa 3 ünvanda təmir işləri yay tətilindən öncə başlanılaraq yekunlaşdırılıb:
1. Əhməd Rəcəbli küçəsi (Z.Bünyadov pr-dən Ak.Həsən Əliyev küçəsinədək)
2. Beynəlxalq Avtovağzaldan Xarici dairəvi avtomobil yoluna çıxış
3. Zığ şosesində (Beton yol).
1 ünvanda isə - Mehdiabad-Digah-Məhəmmədli avtomobil yolunda (Yanardağa gedən yol) təmir işlərinə tətil zamanı başlanılıb və 17 sentyabr tarixində yekunlaşdırılıb.
Qeyd olunan ərazilərin ümumi uzunluğu 12 min metrdən artıqdır.
Hazırda təmir işləri 3 ünvanda davam etdirilir ki, bu ərazilərdə işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır:
1. 8 Noyabr prospekti
2. Salyan şosesi (Bibi-Heybət şosesindən Lökbatan dairəsinədək)
3. Şamaxı yoluna çıxış (DYP-nin Ekologiya postundan Hökməli dairəsinədək)
Təmiri davam edən ərazilərin ümumi uzunluğu 18 740 metr təşkil edir.
YOLUNUZ AÇIQ OLSUN...