Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Dövlət başçısının vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tapşırıqlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
 
Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır. 

Agentlik tərəfindən piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü  km-də yeni piyada keçidinin inşası davam etdirilir.
 
Layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3.50, pilləkənlərin eni 3 metrdir.
 
Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.
 
Artıq keçiddə özül svaylarının vurulması və keçidin metal dayaq hissələrinin quraşdırılması işləri aparılıb.
 
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə müasir lift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
 
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
 
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
 
YOLUNUZ AÇIQ OLSUN... 

Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir VİDEO/FOTO
Yeni yerüstü piyada keçidinin inşası davam etdirilir VİDEO/FOTO
Salyan şosesində təmir işləri davam etdirilir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Salyan şosesində təmir işləri davam etdirilir.

Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda icra olunan təmir işləri ilə bu problem aradan qaldırılır

Aparılan işlər çərçivəsində artıq yolun köhnə Salyan şosesi hissəsində 700 metrlikyeni Salyan şosesi hissəsində isə 2030 metr uzunluğa malik ərazidə təmir işləri icra olunub. 

Hazırda isə təmir işləri Salyan şosesinin təqribən 1640 metr uzunluğa malik olan hissəsində aparılır. 

Bu ərazi üzrə 24 min kv.metrə yaxın asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca ərazidə asfaltlanma işlərinin icrası nəzərdə tutulur. 

Ümumilikdə təmir işləri sözügedən şosenin Lökbatan dairəsi olan hissəsinədək davam etdiriləcək. 

Qeyd edək ki, ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən məhdudlaşdırılır.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 

YOLUNUZ AÇIQ OLSUN...

 Salyan şosesində təmir işləri davam etdirilir VİDEO/FOTO
Salyan şosesində təmir işləri davam etdirilir VİDEO/FOTO
Salyan şosesində təmir işləri davam etdirilir VİDEO/FOTO
Salyan şosesində təmir işləri davam etdirilir VİDEO/FOTO
Salyan şosesində təmir işləri davam etdirilir VİDEO/FOTO

Nəsimi rayonu, 28 May küçəsində təmir işləri icra olunur VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam edir. 

Bu çərçivədə hazırda təmir işləri Nəsimi rayonu, 28 May küçəsində aparılır.

Sözügedən küçənin asfalt-beton örtüyündə müəyyən çat və qabarmalar rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda icra olunan təmir işləri bu problemin aradan qaldırmasına yönəldilib. 

Təmir işləri küçənin K.Səfərəliyeva - Puşkin küçələri arasında yerləşən təqribən 500 metrlik hissəsində aparılır. Burda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda frezlənmiş hissəyə yeni asfalt örtüyünün döşənməsi işləri icra olunur.

Növbəti mərhələdə təmir işləri 28 may küçəsinin Puşkin - R.Behbudov küçələri arasında yerləşən hissəsi üzrə aparılacaq.  

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yağış barmaqlıqlarının və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.

Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.

Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

YOLUNUZ AÇIQ OLSUN...

Nəsimi rayonu, 28 May küçəsində təmir işləri icra olunur VİDEO/FOTO
Nəsimi rayonu, 28 May küçəsində təmir işləri icra olunur VİDEO/FOTO
Nəsimi rayonu, 28 May küçəsində təmir işləri icra olunur VİDEO/FOTO
Nəsimi rayonu, 28 May küçəsində təmir işləri icra olunur VİDEO/FOTO
 
Qusarçay üzərindəki körpünün bərpası işləri davam edir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusarçay üzərində yerləşən avtomobil körpüsünün bərpası işləri davam edir. 

Aparılan işlər çərçivəsində M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib. 

Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işlərinin aparılması, sonda qurğunun yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilməsi nəzərdə tutulub. 

Körpünün bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında, “İnşaat Norma və Qaydaları”na uyğun olaraq həyata keçirilir. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə agentlik tərəfindən lazımi sayda qüvvə cəlb olunub.

Avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınıb.

YOLUNUZ AÇIQ OLSUN...

Qusarçay üzərindəki körpünün bərpası işləri davam edir VİDEO/FOTO
Qusarçay üzərindəki körpünün bərpası işləri davam edir VİDEO/FOTO
Qusarçay üzərindəki körpünün bərpası işləri davam edir VİDEO/FOTO
Qusarçay üzərindəki körpünün bərpası işləri davam edir VİDEO/FOTO
Qusarçay üzərindəki körpünün bərpası işləri davam edir VİDEO/FOTO
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılır VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda təmir işləri icra olunur.

Bu çərçivədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik  hissəsində təmir işləri aparılır.

Sözügedən hissədə asfalt-beton örtükdə yaranan çat və qabarmalar rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda ərazidə icra olunan işlər bu problemi aradan qaldıracaq.

Təmir işləri çərçivəsində yolun köğhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda həmin hissədə yeni asfalt örtüyünün döşənməsi işləri icra olunur.

Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdə asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.

Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

YOLUNUZ AÇIQ OLSUN...

 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılır VİDEO/FOTO
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılır VİDEO/FOTO
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılır VİDEO/FOTO
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılır VİDEO/FOTO

Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri aparılır VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt ərazisində yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.

Hazırda bu çərçivədə təmizlik işləri Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən avtomobil tunelində (“Şamaxinka tuneli”) aparılır.

Sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, məhəccərləryan divarları, tuneldaxili yol nişanlarıişıq əksetdiricilər, əyrixətli dəmir tirlər  bordür hissələri xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

Sadalanan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər.

YOLUNUZ AÇIQ OLSUN...

Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri aparılır VİDEO/FOTO
Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri aparılır VİDEO/FOTO
Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri aparılır VİDEO/FOTO
Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri aparılır VİDEO/FOTO
Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri aparılır VİDEO/FOTO
Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləri aparılır VİDEO/FOTO
Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi təmir olunur VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,   Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri,Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən R.Behbudov küçəsinədək) aparılır.

Qeyd olunan hissədə hazırda frezlənmə işləri yerinə yetirilir.

Daha sonra yola yeni asfalt-beton örtüyü döşənəcək. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

YOLUNUZ AÇIQ OLSUN...Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi təmir olunur VİDEO/FOTO

Əhməd Rəcəbli küçəsində küçəsində asfaltlanma işləri aparılır VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,   Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində (C.Xəndan küçəsindən Z. Bünyadov prospektinədək ) aparılan təmir işləri davam etdirilir.

Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri aparılır.
  
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
 
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
 
YOLUNUZ AÇIQ OLSUN...

Əhməd Rəcəbli küçəsində küçəsində asfaltlanma işləri aparılır VİDEO/FOTO
Əhməd Rəcəbli küçəsində küçəsində asfaltlanma işləri aparılır VİDEO/FOTO
Əhməd Rəcəbli küçəsində küçəsində asfaltlanma işləri aparılır VİDEO/FOTO
Əhməd Rəcəbli küçəsində küçəsində asfaltlanma işləri aparılır VİDEO/FOTO
Əhməd Rəcəbli küçəsində küçəsində asfaltlanma işləri aparılır VİDEO/FOTO
Əhməd Rəcəbli küçəsində küçəsində asfaltlanma işləri aparılır VİDEO/FOTO
Əhməd Rəcəbli küçəsində küçəsində asfaltlanma işləri aparılır VİDEO/FOTO
Mövcud M3 magistralının Yenikənd-Biləsuvar hissəsinin tikintisi sürətlə davam edir  VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,   Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə əsaslı şəkildə tikintisi davam edir.

2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7.5 metrdir.

Hazırda layihə çərçivəsində torpaq işləri, ərazinin profilə salınması, yol yatağı və yol əsasının inşası aparılır. Yol əsası hazır olan hissələrdə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. 

Belə ki, aparılan işlər çərçivəsində sözügedən yolun təqribən 51 km-lik hissəsində torpaq işləri tam olaraq yekunlaşdırılıb və 2 laydan (15+7sm) ibarət yeni asfalt-beton örtüyü döşənib. Hazırda 3-cü lay (aşınma) asfalt örtüyünün döşənməsi işləri icra olunur. Yolun qalan 20 km-lik hissəsində isə torpaq işləri (yol yatağı və yol əsasının tikintisi) davam etdirilir. 

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də yekunlaşıb. Belə ki, yolboyu suların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik 69 dairəvi və 5 düzbucaqlı suötürücü boru inşa edilib 

Layihə üzrə 7 körpünün inşası son mərhələdə olmaqla davam etdirilir. Körpülər 34.2, 41.4, 43.2 və 90.2 metr olmaqla ümumi uzunluqları 338.6 metr təşkil edir. 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq

Atatürk prospektinin bir hissəsi təmir olunub VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın  Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək ) aparılan təmir işləri artıq yekunlaşıb.

Təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. 

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. 

“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.

Xəbər lenti