|
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində təmir işlərinə start verilib.
Təmir işləri sözgedən küçənin Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan 750 metrlik hissəsində aparılır. Küçənin ortalama eni 11 metr təşkil edir.
Təmir işləri səbəbindən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri icra olunur.Ardınca küçəyə "İnşaat Norma və Qayadaları"na uyğun olaraq lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunda təmir işləri aparılır. Təmir işləri sözügedən yolun Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissəsində icra olunur. Sözügedən hissənin uzunluğu 8630 metr təşkil edir.
Aparılan işlər çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşmaq üzrədir. Hazırda frezlənmə işlərinin bitdiyi hissələrdə “İnşaat Norma və Qaydaları”na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün yola üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Qeyd edək ki, aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN..
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.
Təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılıb. Sözügedən hissəinin uzunluğu 3360 metr, ortalama eni isə 19 metr təşkil edir.
Təmir çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, yolun profilə salınması, ardınca yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də görülüb.
Təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.
Qeyd edək ki, Azadlıq prospektinin sözügedən hissəsinin asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.
Təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılıb. Sözügedən hissəinin uzunluğu 3360 metr, ortalama eni isə 19 metr təşkil edir.
Təmir çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, yolun profilə salınması, ardınca yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də görülüb.
Təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.
Qeyd edək ki, Azadlıq prospektinin sözügedən hissəsinin asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində təmir işləri aparılır.
Təmir işləri hazırda sözgedən küçənin Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, hazırda “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində aparılan təmir işləri davam etdirilir.
Təmir işləri hazırda sözgedən küçənin Mərkəzi Nəbatat Bağının qarşısında yerləşən dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək olan təqribən 1 km-lik hissəsində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.
Qeyd edək ki, təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır.
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, hazırda “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Xatırladaq ki, anoloji işlər küçənin Mətbuat prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək olan hissəsi üzrə artıq yerinə yetirilərək yekunlaşdırılıb.
YOLUNUZ AÇIQ OLSUN...
Horadiz-Ağbənd dəmir yolunun 110,4 km-lik xəttinin tikinti-quraşdırma işlərinin 57%-i, layihələndirilməsinin isə 83%-i tamamlanıb.
Burada regionun ən uzun dəmiryol körpüsünün, müstəqillik tariximizdə ilk qalereyanın (dəmir yolunu daş uçqunlarından qoruyan mühafizə örtüyü) və 1071 metr uzunluğunda tunelin tikintisi həyata keçirilir.
Naxçıvanla birbaşa nəqliyyat bağlantısı təmin edəcək Horadiz-Ağbənd dəmir yolu həm daxili, həm də beynəlxalq daşımaların potensialını əhəmiyyətli dərəcədə artıracaq.
“Yol-xeber.az” AZƏRTAC-ın Horadiz-Ağbənd dəmir yolunda görülən işlər haqqında xüsusi reportajını təqdim edir:
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax magistarl avtomobil yolunun 218-ci km-lik hissəsindən ayrılan Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması davam etdirilir.
Uzunluğu 42.35 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilir.
Layihə üzrə yol boyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu və müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunaraq yeni yataq inşa edilib.
Yolun 26.2 km-lik hissəsində artıq sözügedən işlər yekunlaşıb və yeni yol əsasının inşası aparılıb. Yol əsası hazır olan hissələrə layihə üzrə nəzərdə tutulmuş qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunub.
Hazırda layihə üzrə yolun qalan digər hissələrində yol əsasının tikintisi işləri son mərhələdə olmaqla davam edir. Ardınca asfaltlanma işlərinin icrası nəzərdə tutulub.
İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd edək ki, yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də yekunlaşmaq üzrədir.
Layihə üzrə yolun Ulaşlı Şıxlı hissəsində 39.6 metr uzunluğa malik yeni avtomobil körpüsü də inşa olunub.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılmasının və yola üfüqi nişanlanma xətlərinin çəkilişinin davam etdirilərək yekunlaşdırılması planlaşdırılır.
Bununla da yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN…
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur.
Bu tədbirlər çərçivəsində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işləri davam etdirilir. Təmir işləri hazırda sözgedən küçənin “Qələbə dairəsi”-dən Əsəd Əhmədov küçəsi istiqamətində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.
Aparılan işlər çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ərazi asfaltlanma üçün hazır vəziiyətə gətirilib. “İnşaat Norma və Qaydaları”na əsasən hazırda küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Aparılan işlərə uyğun sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.
Qeyd edək ki, aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində əsaslı təmir işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Layihəyə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.
Qeyd olunan işlər yüksək keyfiyyətlə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək, Sadıqcan küçəsi ilə kəsişməsindən Zığ dairəsi və əks istiqamətdə olan hissələrində, həmçinin layihə çərçivəsində Afiyəddin Cəlilov küçəsində yerinə yetirilərək yekunlaşdırılıb.
Hazırda əsaslı təmir işləri prospektin Xəqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək (Zığ dairəsi istiqaməti) və Sadıqcan küçəsindən Ramiz Quliyev küçəsinədək (şəhər istiqaməti) olan hissəsində davam etdirilir.
Agentlik tərəfindən prospektin qeyd olunan hissələrində asfaltlanma işləri icra olunur. Qeyd olunan istiqamətlər üzrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşan kimi əks istiqamətlərdə də asfaltlanma işlərinin icrasına başlanılacaq.
Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır. Hazırda prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün istismara yararsız səki daşlarının sökülməsi, ərazidən asılı olaraq 2-3.5 metr enində yeni piyada səkilərinin tikintisi, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri icra olunur. Anoloji işlər prospekt boyunca yolayrıcında da aparılır. Yolayrıcı zolağın eni ərazidən asılı olaraq 2-2.4 metr arası dəyişir.
Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni hər bir istiqamət üzrə 4 zolaq saxlanılmaqla, 1.5 metr (hər bir istiqamət üzrə) enində ayrılmış velosiped zolaqları (10 km) salınır, velosiped yolları eni 1.2 metr (hər bir istiqamət üzrə) olan “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda təmir işləri icra olunur.
Bu çərçivədə hazırda təmir işləri Salyan şosesində davam etdirilir.
Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda icra olunan təmir işləri ilə bu problem aradan qaldırılır.
Aparılan işlər çərçivəsində artıq yolun köhnə Salyan şosesi hissəsində 700 metrlik ərazi təmir olunub. Burda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 640 p/metr yeni səki daşı düzülüb, həm yolun hərəkət hissəsinə, həm də piyada səkilərinin üzərinə 13 min kv.metrə yaxın yeni asfalt-beton örtüyü döşənib.
Anoloji işlər yolun yeni Salyan şosesi hissəsində də aparılıb. Burada 2030 metr uzunluğa malik ərazidə təmir işləri icra olunub. Təmir zamanı 2160 metr uzunluğunda piyada səkiləri bərpa olunub, həm səkilərə, həm də yolun hərəkət hissəsinə 45 min kv.metrə yaxın yeni asfalt-beton örtüyü döşənib.
Hazırda təmir işləri Salyan şosesinin təqribən 1640 metr uzunluğa malik olan hissəsində aparılır. Bu ərazi üzrə 24 min kv.metrə yaxın asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca ərazidə asfaltlanma işlərinin icrasına başlanılıb.
Ümumilikdə təmir işləri sözügedən şosenin Lökbatan dairəsinədək olan hissəsinədək davam etdiriləcək.
Qeyd edək ki, ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...