Yasamal rayonunda Həsən Məcidov küçəsinin daha bir hissəsi təmir olunur

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2023-cüilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda Həsən Məcidov küçəsinin daha bir hissəsində təmir işləri aparılır.

Sözügedən hissənin uzunluğu 330 metr, ortalama eni 12-15 metr təşkil edir. 

Təmir çərçivəsində küçəboyu 351 p/m yeni səki daşları düzülüb, köhnə səki daşları bərpa olunub. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri aparılır.  Ardıcıllığa uyğun olaraq daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq. 

Bu işlərə paralel olaraq küçəboyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da nəzərdə tutulub. 

Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək. 

Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunur.

İşlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. 

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti