Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində təmir işləri aparılır VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində təmir işlərinə start verilib.

Təmir işləri sözgedən küçənin Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan 750 metrlik hissəsində aparılır. Küçənin ortalama eni 11 metr təşkil edir.

Təmir işləri səbəbindən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri icra olunur.Ardınca küçəyə "İnşaat Norma və Qayadaları"na uyğun olaraq lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti