s

Heydər Əliyev prospektinin əsas yol üzrə qazılmış hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Yol-xeber.az" xəbər verir ki,  Xatırladaq ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin “Koroğlu” metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi

Qəza baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumun əməkdaşları cəlb olunmuşdu. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülmüşdü. 

Adiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanıldı və səhər saatlarında qəza aradan qaldırıldı.  

YOLUNUZ AÇIQ OLSUN...

s
s
s
s
s
s
s
s
s

Xəbər lenti