Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə "Tora düşənlər" filmi hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Bu barədə "Yol-xeber.az"a DİN-dən məlumat verilib.

Film müraciət edən insanların pullarının mütəşəkkil dəstə üzvləri tərəfindən maliyyə piramidaları vasitəsilə necə ələ keçirilməsindən bəhs edir. Filmdə dələduzların iş prinsipi, fırıldaqçılıq metodları bütün çılpaqlığı ilə izləyicilərə təqdim olunur.

Maliyyə piramidalarının toruna düşməmək, dələduzluğun qurbanı olmamaq üçün real istintaq materialları əsasında hazırlanan maarifləndirici sənədli film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulub.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın doğum günüdür.

Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. 

2002-ci ilin oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. Həmin ildə AGF-nin fəaliyyətinə 4 gimnastika növünün inkişafı daxil idisə, bu gün ölkəmizdə artıq 9 gimnastika növü inkişaf etdirilməkdədir. Gimnastlarımız Olimpiya Oyunlarında iştirak edib, Dünya və Avropa Çempionatlarının mükafatçıları olublar. Azərbaycanda gimnastika növləri üzrə 17 Dünya Kuboku yarışları, 2 Dünya Çempionatı, 5 Avropa Çempionatı uğurla təşkil edilib. 2014-cü ildən etibarən isə dünyada nadir idman tikililərindən hesab olunan Milli Gimnastika Arenası gimnastlarımızın məşq etməsi və yarışların keçirilməsi üçün istifadəyə verilib. Hərtərəfli inkişafa üstünlük verməklə Mehriban Əliyevanın həyata keçirdiyi inkişaf strategiyası nəticəsində, hazırda Azərbaycanın 18 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir. 6 il ardıcıl olaraq AGF-nin Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısına düşməsi və son 3 il ərzində bu siyahıya liderlik etməsi, onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzunun bariz nümunəsidir. 

Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2005-ci ilin martında Mehriban Əliyeva “2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə “Caspian Energy İntegration Award-2005” beynəlxalq mükafatına layiq görülüb. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. 2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. 

2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər) ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92,12 % (23106 səs) səs toplayaraq deputat seçilib. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib. Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb. 

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 23-də ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb. Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.

2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib. 2010-cu il fevralın 15-də Mehriban Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. 2010-cu il iyulun 30-da Mehriban Əliyevaya UNESCO-nun “Qızıl Motsart” medalı təqdim edilib. 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31 797 səs) səs toplayaraq deputat seçilib. 

2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il iyunun 29-da isə “Prix de la Fondation” mükafatı təqdim edilib. 2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. 2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HCC) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (IHCF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib. 2012-ci ildə Mehriban Əliyeva “mərhəmətinə, xeyirxahlığına, xalqların rifahı naminə yorulmaz fəaliyyətinə və kazaklara göstərdiyi köməyə görə” Azərbaycan Kazaklar İttifaqı tərəfindən ali “Kazak şöhrəti” (“Kazatskaya slava”) mükafatına layiq görülüb. 

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub. 2013-cü ilin yanvarında Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban Əliyevanı “Humanizm simvolu – 2012-ci ilin adamı” elan edib. 2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib. 2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb. Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülüb. 

2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb. Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb.

2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub. 2014-cü ilin avqustunda “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub. 2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni ilə təltif olunub. 2015-ci il martın 26-da Mehriban Əliyeva Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib. 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 96,7% (38 029 səs) səs toplayaraq deputat seçilib. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanıdılması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2015-ci ilin adamı” elan edib. 2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilib. 

2016-cı il martın 6-da Mehriban Əliyeva “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilib. 2016-cı ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib. 2016-cı il sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə Mehriban Əliyevaya şəhərin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilib. 2016-cı il sentyabrın 22-də Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Mehriban Əliyeva Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu ilə təltif olunub. 

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bu təyinatla əlaqədar 6 mart 2017-ci il tarixində V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib. 2017-ci il iyunun 2-də Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib. Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə Mehriban Əliyeva “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə də təltif olunub. 2017-ci il dekabrın 26-da Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib. 2018-ci il martın 15-də qlobal layihələrin, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı Mehriban Əliyevaya təqdim edilib. 2018-ci il iyulun 18-də İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni Mehriban Əliyevaya təqdim edilib.

2018-ci il sentyabrın 22-də Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub. 2019-cu il yanvarın 18-də Mehriban Əliyeva dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib. 2019-cu il avqustun 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub. 

2020-ci il fevralın 22-də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı təqdim edilib. 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib.

2020-ci il sentyabrın 27-si başlanan Vətən müharibəsində Ali Baş Komanda İlham Əliyevin ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu. Vətən müharibəsindən sonra Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə azad edilmiş torpaqlara bir neçə dəfə səfər edib. Səfərlər zamanı dövlətimizin başçısı və birinci vitse-prezident təməlqoyma və açılış mərasimlərində iştirak edib, azad edilmiş torpaqlarda xidmət aparan əsgərlərlə görüşüb, Şuşada, Cıdır düzündə təşkil olunmuş möhtəşəm “Xarıbülbül” musiqi festivalına qatılıblar.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

Saytının bütün kollektivi adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir.

Dövlət başçısı ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə yaxşı təmasların mövcud olduğunu bildirərək, Koreya Parlamenti sədrinin Azərbaycana səfərini məmnunluqla xatırladı və So Byoq Sunun səfərinin də əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd edib.

Prezident İlham Əliyev Koreya şirkətlərinin uzun illər Azərbaycanda çox uğurla fəaliyyət göstərdiklərini, bir neçə önəmli sənaye layihəsini icra etdiklərini və inşaat sektorunda da çox fəal olduqlarını, Bakının bir neçə “göydələn”inin memarlığının da Koreya şirkətləri tərəfindən təqdim edildiyini deyib.

Dövlət başçısı siyasi və iqtisadi əlaqələrin daha da fəalllaşmasının zəruriliyini bildirib, parlamentlərlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafında rolunu vurğulayıb.

Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda dağıntılar, vandallıq aktları törətdiklərini, şəhərlərimizi və kəndlərimizi tamamilə məhv etdiklərini bildirib, hazırda həmin ərazilərdə Azərbaycanın genişmiqyaslı bərpa və yenidənqurma layihələrini həyata keçirdiyini deyib, Koreya şirkətlərinin müasir texnologiyalar vasitəsilə bu işlərə töhfə verə biləcəyini qeyd edib.

So Byoq Sun Koreya Respublikasının Prezidenti Yun Sok Yolun salamlarını dövlət başçısına çatdırıb. O qeyd edib ki, Koreya Prezidenti Azərbaycana böyük marağının olduğunu vurğulayıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş edib.

Bundan əvvəl 2009-cu ildə ölkəmizə səfər etdiyini bildirən So Byoq Sun paytaxtımızda gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat hissi doğurduğunu deyib, Azərbaycanın qazandığı nailiyyətlərlə bağlı dövlət başçısını təbrik edib.

So Byoq Sun Prezident İlham Əliyevin ölkənin inkişafı naminə göstərdiyi böyük səyləri Koreyanın keçmiş prezidenti Park Çunq Hinin fəaliyyəti ilə müqayisə edib. O deyib ki, Park Çunq Hi məhz xalqın gücünə güvənərək Koreyanı çox inkişaf etmiş ölkəyə çevirib.

Sonra So Byoq Sun Koreya Prezidentinin məktubunu dövlət başçısına təqdim edib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir.

 

 

 

 

Son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı məsələnin Ermənistanın mövqeyi nəzərə alınmadan Türkiyə, Azərbaycan və Rusiya arasında detallı şəkildə müzakirə edildiyi barədə də ciddi məlumatlar mövcuddur...

Musavat.com məlumatına görə, Prezident Putin Ermənistan baş naziri Paşinyandan Rusiyaya irad bildirmək əvəzinə, üçtərəfli anlaşmaların tam şəkildə icra olunmasını tələb edib...
Cənubi Qafqazda regional düzəni Azərbaycanın siyasi iradəsi müəyyən edir. Bu region rəsmi Bakının hərbi-siyasi qərarları idarə olunur. Və bundan sonra indiki situasiyanın Azərbaycanın maraqlarına zidd şəkildə dəyişə biləcəyi qətiyyən inandırıcı görünmür.

Təbii ki, Cənubi Qafqazın məhz rəsmi Bakı tərəfindən idarə olunması Ermənistanda daxili siyasi proseslərə birbaşa təsir göstərir. Ermənistan cəmiyyəti davamlı olaraq, Azərbaycanın atdığı addımları müzakirə etmək məcburiyyətində qalıb. Erməni siyasi elitası Azərbaycanın maraqlarını, rəsmi Bakının geopolitik hədəflərini dəqiqləşdirməyə, onların real təsirlərindən Ermənistanı yayındırmağın yollarını axtarıb, tapmağa çalışır.

Ancaq rəsmi İrəvan hələlik bunun öhdəsindən gələ bilmir. Əksinə, zaman keçdikcə, Azərbaycanın maraqlarından və qərarlarından daha çox asılı vəziyyətə düşür. Çünki, Ermənistanın Azərbaycanla hərbi-siyasi rəqabət şansları qətiyyən yoxdur. Və belə bir vəziyyət rəsmi İrəvanı Azərbaycanın geopolitik iradəsini icra etmək məcburiyyətində buraxır.

Düzdür, radikal-revanşist erməni müxalifəti Ermənistanın Azərbaycan qarşısında belə acız duruma düşməsinin əsas günahını məhz Paşinyan hakimiyyətinin üzərinə yükləməyə çalışır. Ancaq Paşinyan hakimiyyətinin rəsmi təmsilçilərinin də bu ittihamlara öz arqumentləri var. Onlar radikal-revanşist erməni müxalifəti hazırda hakimiyyətdə olsa, Ermənistan üçün nəyi dəyişə biləcəyinə israrla öz siyasi rəqiblərindən cavab tələb edirlər.

329533Təbii ki, tamamilə məntiqli arqumentdir. Hər halda, hər kəsə artıq atdındır ki, Ermənistanın problemi hakimiyyətdə hansı siyasi qüvvənin olmasıyla bağlı deyil. Əsas problem Ermənistanın təxribatçı mövqe tutması və bunun  nəticələrinə davam gətirmək imkanlarının olmaması ilə bağlıdır. Ermənistan formal xarakter daşıyan zəif bir dövlətdir. Və regional supergücə çevrilmiş Azərbaycanın geopolitik iradəsi qarşısında acizdir.

Ona görə də, hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, rəsmi İrəvan həm Ermənistanın təhlükəsizliyi, həm də Azərbaycanın hədəfləri barədə düşünmək məcburiyyətindədir. Ermənistanın təhlükəsizliyi isə Azərbaycanın öz hədəflərinə hansı səviyyədə nail olmasından birbaşa bağlıdır. Çünki rəsmi İrəvan müqavimət göstərməyə cəhd göstərdikcə, Azərbaycanın “dəmir yumruq” zərbəsi dərhal Ermənistanı reallığa qaytarır.

Maraqlıdır ki, hazırda Ermənistan cəmiyyətində rəsmi Bakının son sərt addımları və mesajları ciddi şəkildə müzakirələrə yol açıb. Erməni politoloqlar rəsmi İrəvanın Azərbaycanın tələbləri ilə razılaşmalı olacağını ehtimal edirlər. Onların fikrincə, Paşinyan hakimiyyəti indiki situasiyadan ən az itkilərlə çıxmağın yollarını tapmalıdır. Əks halda, Azərbaycan onsuz da öz istədiyini Ermənistandan alacaq.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan siyasi dairələrində artıq Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin gələcək taleyi ümuniyyətlə, əhəmiyyətsiz mövzuya çevrilməyə başlayıb. Onların fikrincə, indi Ermənistanın gələcək taleyinin necə olacağını müəyyən etmək daha vacibdir. Və bu məsələdə davamlı olaraq, məntiqsiz risklərə getmək isə yolverilməzdir.

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan hesab edir ki, Azərbaycanın Qarabağ regionunda olan gərginlik rəsmi Bakının Ermənistan ərazisindən dəhliz tələb etməsi ilə bağlıdır: “Azərbaycanın “Dağlıq Qarabağ”dakı bütün təzyiqləri, Laçın dəhlizi ətrafındakı gərginlik rəsmi Bakının Ermənistan ərazisindən dəhliz tələblərinin reallaşdırılmasına hesablanıb. Ancaq rəsmi İrəvan buna qədər dəhliz mövzusunun müzakirə olunmadığını bəyan edib”.

329532Ancaq E.Marukyan rəsmi İrəvanın bəyanatlarının mövcud geopolitik situasiyada elə bir ciddi əhəmiyyət daşımadığını vurğulamağı unudub. Üstəlik, Paşinyan hakimiyyətinin eyni məsələ barədə qısa zaman intervalında öz mövqeyini və bəyanatlarının məzmununu dəfələrlə dəyişməsi də artıq ənənəvi xarakter daşıyır. Və bu baxımdan, çox tezliklə rəsmi Bakının Paşinyan hakimiyyətinə Azərbaycanın maraqlarının diqtə etdiyi bəyanatı da verdirə biləcəyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı proses artıq rəsmi İrəvanın nəzarətindən çıxmaq üzrədir. Bu məsələ Ermənistanın hətta daxili işi olmaqdan belə, çıxıb. Yəni, Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasında iştirakı ərazi sahibi kimi, yalnız formal xarakter almağa başlayıb. Və Zəngəzur dəhlizi indi dünyanın bir çox dövlətlərinin maraqlarına cavab verir.

Ona görə də, Avropa və Orta Asiya ölkələri, xüsusilə də Böyük Britaniya və Çin Zəngəzur dəhlizinin açılmasını səbrsizliklə gözləyir. Ukrayna savaşı bu dəhlizin əhəmiyyətini daha da artırıb. Son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı məsələnin Ermənistanın mövqeyi nəzərə belə, alınmadan Türkiyə, Azərbaycan və Rusiya arasında detallı şəkildə müzakirə edildiyi barədə də ciddi məlumatlar mövcuddur.

Bütün bunlar onu göstərir ki, Zəngəzur dəhlizi ilə bağlı cərəyan edən proseslər Ermənistan siyasi iradəsinin üzərindədir. Rəsmi İrəvan bu prosesdə yalnız Ermənistan üçün mümkün qədər çox maliyyə payı qopartmaq baxımından, müəyyən cəhdlər edə bilər. Ancaq dəhlizin reallaşdırılması yalnız nəhəng dövlətlərin geoiqtisadi maraqlarına bağlıdır.

329535Təbii ki, Paşinyan hakimiyyəti bütün bunları anlamağa başlayıb. Ona görə də, Ermənistanın geopolitik əhəmiyyətini artırmaq üçün Rusiyaya qarşı ittihamları intensivləşdirməyə çalışır. Rəsmi İrəvan Rusiyanın Ukraynada ağır duruma düşməsi səbəbindən bu ittihamların Kremlin mövqeyinə təsir göstərə biləcəyinə ümid bəsləyir.

Ancaq baş nazir Nikol Paşinyanın Kreml sahibi Vladimir Putinlə son telefon danışığının nəticələri rəsmi İrəvanın ümidlərinin boşa çıxdığını göstərir. Belə ki, erməni baş nazirin təşəbbüsü ilə baş tutan telefon danışığında Ermənistanın Rusiya sülhməramlılarından narazılığının gündəmə gətirilməsi Kreml sahibində əks reaksiya doğurub. Və onun erməni baş nazirin iradlarından narazı qaldığı söhbətin davamında özünü açıq-aşkar biruzə verib.

Məsələ ondadır ki, Ermənistan mətbuatının məlumatına görə, prezident V.Putin Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaranmış vəziyyəti müzakirə edərkən, rus sülhməramlıların bölgədə sabitliyin təmin olunmasına vacib rol oynadığı vurğulayıb. Ardıncasa, Kreml sahibi dərhal erməni baş nazirin diqqətinə 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli anlaşmalarının bütün tələblərinin icrasının qaçılmazlığını çatdırıb. Yəni, Kreml sahibi erməni baş nazirə anlatmağa çalışıb ki, Rusiyaya irad bildirməkdən əvvəl imzaladığı üçtərəfli anlaşmalara riayət etmək lazımdır.

Təbii ki, bu, Kremlin rəsmi İrəvana sərt mesajı kimi də dəyərləndirilə bilər. Rusiyanın Ermənistan üçtərəfli anlaşmaların icrasını tələb etməsi rəsmi İrəvanın tamamilə çarəsiz buraxılması anlamı daşıyır. Çünki, üçtərəfli anlaşmaların icra olunmayacağı təqdirdə, Azərbaycan həmin sənədləri qüvvədən düşmüş elan edərək, nizamlanmamış problemləri hərbi yolla həll etmək hüququ qazana bilər. Və bu halda, Rusiyanın da Ermənistanı müdafiə edəcəyi qətiyyən inandırıcı görünmür.

“Dəmir Yumruq” heykəli Laçın şəhərinə gətirilib.

"Bu barədə Oxu.az məlumat yayıb. 

Qeyd edək ki, “Dəmir Yumruq” 44 günlük müharibənin birlik rəmzi sayılır. 

Həmin görüntüləri təqdim edirik:

Ankaradan İrəvana müharibə xəbərdarlığı - “Bakı ilə sülh istəmirsinizsə, açıq deyin!”

Yaxın günlərdə və ya uzağı bir həftəyə Azərbaycan Qarabağda daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edəcək. Bununla da separatçı-quldurların arealı bir az da daralacaq. Söhbət 10 noyabr üçtərəfli sənədi əsasında alternativ Laçın yolunun işə düşməsi ilə bizə təhvil verilməli olan ərazilərdən gedir.

Beləcə, kapitulyasiya aktının bəndləri bir-bir reallaşdıqca torpaqlarımızda 30 ildən çoxdur at oynadan kriminal ünsürlərin dövranı da sona, Azərbaycan dövləti isə öz əsas hədəfinə yaxınlaşır. Bu isə həm də o anlama gəlir ki, yaxın zamanlarda, hələ Rusiya sülhməramlı kontingentin səlahiyyət müddəti bitənədək - 2025-ci ilədək Qarabağ anklavındakı ermənilər öz seçimlərini etməli olacaqlar.

Doğrudur, bu heç də asan olmayacaq. Ən azı o səbəbə ki, separatçı rejim ötən illər ərzində əlindən gələni edib ki, orda əli silah tutan ermənilərin mütləq əksəriyyəti Azərbaycan dövlətinə qarşı hansısa cinayətə bulaşsın. İstisna deyil ki, “qızıl amnistiya”ya ehtiyac yaranacaq.

Hələliksə, nə qədər ki, qanunsuz silahlı dəstələr ərazimizdən çıxarılmaq əvəzinə, oradakı rus hərbi kontingentinin himayəsi altındadır, erməni mülki əhalinin tezliklə və kütləvi şəkildə Azərbaycan vətəndaşlığını qəbul edəcəyindən danışmağa dəymir. 10 noyabr sənədinin 4-cü bəndi reallaşandan sonra isə vəziyyət, əlbəttə, başqa olacaq. Çünki orada yaşayan erməni anlayacaq ki, Rusiya hərbçiləri də müvəqqətidir.

Rusiya kontingenti isə rusiyalı analitiklərin də proqnoz elədiyi kimi, böyük ehtimalla 2025-ci ildən sonra Qarabağda qalmayacaq. Çünki Azərbaycan onların mandatını uzatmayacaq. Bəzi erməni siyasi avantüristləri iddia edirlər ki, guya Qarabağdakı erməni əhalinin tələbi ilə Rusiya sülhməramlılarını Fransa kontingenti əvəzləyə bilər. Sanki mifik “artsax” beynəlxalq hüququn subyekti imiş! Amma buna necə nail olacaqlar? İzah edə bilmirlər.

Azərbaycanın razılığı olmadan suveren ərazimiz olan Qarabağa hansı dövlət sülhməramlı adı ilə hərbçilər göndərə bilər ki? Lap Fransa və ya ABŞ olsun. Biz minlərlə şəhidi ona görə verdik ki, ermənilər torpaqlarımızda cəzasızcasına yenə istədiklərini eləsinlər? Əlbəttə ki, yox. Separatçıların qatarı çoxdan gedib, “status”, Minsk Qrupu çoxdan gorbagor olub. Geriyə heç vaxt dönüş olmayacaq.

Bunu ilk növbədə İrəvan rəsmiləri nə qədər tez anlayıb gerçəyi olduğu kimi qəbul eləsələr, bir o qədər öz xalqı üçün, illah da Qarabağda ilişib qalmış bir ovuc soydaşları üçün yaxşı olar. Əfsus ki, belə praqmatik yanaşmanı hələ görmürük. Əksinə, Ermənistan cəmiyyətində həm də hakim qüvvənin konstruktiv olmayan siyasətinin nəticəsi kimi Türkə nifrət ruhu güclü olaraq qalır. Bu da növbəti “isti” fakt.

Bu ilin iyul-avqust aylarında “Gallup İnternational”ın Ermənistanda keçirdiyi telefon sorğusunun nəticələrinə görə, respondentlərin 44%-dən çoxu Paşinyanla Ərdoğanın az öncəki telefon danışığına mənfi reaksiya verib. Belə ki, rəyi soruşulanların 34,6% hadisəni “son dərəcə mənfi”, 9,8% isə “kifayət qədər mənfi” qiymətləndirib. Respondentlərin 9,4%-i zəngləri “son dərəcə müsbət”, digər 21,8%-i isə “kifayət qədər müsbət” hesab elədiyini bildirib. 24,5%-i isə cavab verməkdə çətinlik çəkib.

Düzdür, bəzi pozitiv və kövrək gəlişmələr də var. Məsələn, srağagün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanı təmsil edən vitse-spiker Ruben Rubinyan Türkiyədə baş vermiş faciəvi yol qəzası ilə bağlı başsağlığı verib. Rubinyan özünün tvitter səhifəsində yazıb: “Qaziantep və Mardində baş vermiş yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirəm”.

Rubinyan başsağlığı mesajını Türkiyənin danışıqlarda xüsusi nümayəndəsi səfir Serdar Kılıça və Türkiyə Xarici İşlər Nazirliyinə müraciətən yazıb. Keçən həftə isə Kılıç İrəvandakı “Sürməli” TM-dəki yanğın və tələfatla bağlı oxşar məzmunlu başsağlığı vermişdi.

Ancaq bunlar, sözsüz ki, iki xalq arasında etimad mühitinin yaranması üçün çox azdır.

“İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı sülh müqavilə nəticəsində təmin oluna bilər. Ermənistan regionda sülh və əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.

Nazir eyni zamanda ermənilərin hər yeri dağıtdığına diqqət çəkərək söyləyib: “Təəssüf ki, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər. Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada (Xankəndi və ətraf ərazilərdə - red.) yaşaya bilər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri almaq idi. Torpaqlarını azad etdi. İndi daimi sülh istəyir”.

Lakin Azərbaycan-Ermənistan sülh müqaviləsi necə reallaşa bilər, əgər hələ də kapitulyant ölkənin indiki konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası yer alırsa. Söhbət ilk növbədə Ermənistanın ölkəmizə qarşı torpaq iddiasını əks etdirən 23 avqust 1991-ci il Ermənistan Müstəqillik Bəyannaməsinin bütünlüklə konstitusiyada əks olunmasından gedir.

Yeri gəlmişkən, erməni xalqına yalnız faciələr bəxş eləmiş həmin bəyannamənin qəbulundan dünən düz 32 il ötdü. Bununla bağlı xalqa müraciətində isə baş nazir Nikol Paşinyan yenə “nala-mıxa” vurub. Bilmək olmur, o, gerçəkdən sülh istəyir, yoxsa müharibə.

Müraciətdən sitat: “Ermənistan üçün müstəqillik - qonşularla yaxşı nizamlanmış münasibətlər və digər dövlətlərlə isə möhkəm müttəfiqlik münasibətləri deməkdir. Bəzi qonşularla bizim əla münasibətlərimiz olsa da, digərləri ilə ciddi irəliləyiş yoxdur, çünki onlar bizdən çox yüksək bədəl tələb edir və ya hesab edirlər ki, biz onlardan çox şey istəyirik”.

Paşinyn ad çəkməsə də, şübhəsiz ki, Azərbaycan və Türkiyəni nəzərdə tutur. Gileyi də bu iki ölkəyə ünvanlanıb. Özü də tam əsassız yerə! Çünki hamı bilir ki, Bakı və Ankaranın İrəvandan tək tələbi sonuncunun beynəlxalq hüquqa sayğılı olub, nəhayət, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıması, ardınca öz konstitusiyasını buna uyğunlaşdırmasıdır.

Bunun indi harası “yüksək bədəl tələbi” oldu? Ermənistan nədən hələ də xəyallarla yaşayır? Ona görə ki, Nikolun ifadə elədiyi kimi, Ermənistan rəhbərliyi Bakı və Ankaradan həqiqətən “çox şey” istəyir. Bu isə heç vaxt həyata keçməyəcək. Odur ki, rəsmi İrəvan dəqiq bəyan eləməlidir: o, sülhdən yanadır, yoxsa... Ki, hamı öz işini bilsin.
“Yeni Müsavat”

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar.

"Yol-xeber.az" xəbər verir ki, “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev dövlət başçılarına layihə barədə məlumat verib.

Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumatı yayıb.

 

 

 

 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı Milli Gün münasibətilə təbrik edib.

Bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“Ukraynanın Milli Günü münasibətilə Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Milli bayramınız mübarək, Ukrayna!”, - paylaşımda qeyd olunub.

Xəbər lenti