![]() |
|
“İndiyə qədər Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlər keçirilib, hətta birgə bəyanatlar da olub. Mümkündür ki, hansısa razılaşma da olsun. Amma bizim gördüyümüz odur ki, Ernənistanın Baş naziri Paşinyan Brüsseldə, Moskvada və Soçidə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Eyni zamanda üçtərəfli razılaşmanın bəzi bəndlərinə məhz İrəvan tərəfindən əməl edilmir. Bu baxımdan görüşlərin keçirilməsi müsbətdir, amma Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Əks təqdirdə bu görüşlərin əhəmiyyəti olmur”.
Bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Avropa İttifaqının vasitəçiliyi ilə mümkün görüşündən danışarkən deyib.
O. Qasımov hesab edir ki, görüşün keçirilməsi, dialoqun qurulması, məsələlərin müzakirəsi lazımdır, amma tərəflər üzərinə götürdükləri öhdəliyə də əməl etməlidir.
Siyasi şərhçi əlavə edib ki, əgər yenidən İ. Əliyev - N. Paşinyan görüş keçiriləcəksə, bu zaman müzakirə ediləcək kifayət qədər məsələlər var. “Əsas müzakirə edilə biləcək məsələlərdən biri Qarabağda olan Ermənistan ordusunun qalıqları, habelə separatçı silahlı qrupların Azərbaycan ərazisindən çıxarılmasıdır. Bu, olduqca vacibdir. Eləcə də gələcəyə yönəlik digər məsələlər də belə bir görüşdə müzakirə oluna bilər”, - O. Qasımov əlavə edib.
O. Qasımovun fikrincə, belə bir görüşdən sonra radikal dönüşün olmasını, ciddi addımların atılacağını gözləmək doğru deyil. “Şəxsən mənim xüsusi bir gözləntim yoxdur. Sadəcə, proses davam edir. Hər halda 22 may görüşündən sonra müəyyən addımlar atılıb. Məsələn, komissiyanın ilk iclasının keçirilməsi, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Gürcüstanda görüşü baş tutub. Eləcə də bir sıra istiqamətlərdə məsələlər dəqiqləşdirilməlidir. Bura sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya işlərinin aparılması, komissiyanın işi ilə bağlı planın qurulması və kommunikasiyaların açılması istiqamətində konkret addımlar atılmalıdır”, - deyə O. Qasımov fikrini tamamlayıb.
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər.
"Yol-xeber.az" xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.
Sosial Tədqiqatlar Mərkəzi növbəti dəfə Azərbaycanın 2022-ci ilin avqust ayında öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar, onun hərbi-siyasi mahiyyəti və bu barədə məlumatlılıq səviyyəsinə dair ictimai rəy sorğusu keçirib.
Sorğu çərçivəsində Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilməklə 384 respondentin rəyi öyrənilib.
Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin mütləq əksəriyyəti Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar barədə məlumatlıdır. Respondentlərin əsas hissəsi, yəni 64,6%-i bu barədə məlumatı televiziyadan, 43,5% göstərici ilə sosial şəbəkələrdən, 27,9% internet saytlarından, 7,0% radiodan əldə etdiyini bildirib.
Respondentlərin təqribən yarısı (49,2%) hesab edir ki, aparılan hərbi əməliyyatlar erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatıdır.
Respondentlərin 17,2%-i hərbi əməliyyatları Azərbaycan ərazisində yalnız bir milli ordunun varlığının göstəricisi kimi xarakterizə edib. Azərbaycanın hərbi əməliyyatlarla Ermənistanı sülhə məcbur etdiyini düşünənlərin göstəricisi 13,3% təşkil edib.
Təxminən eyni sayda respondentin mövqeyində hərbi əməliyyatlar Qarabağda ermənilərin yeni təmas xətti çəkmək cəhdlərinə qarşı (9,1%) və yeni müharibə ehtimalı (9,6%) olaraq dəyərləndirilib.
Təxminən hər beş respondentdən biri (22,4%) Qarabağda aparılan hərbi əməliyyatların hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib.
Respondentlərin 15,9%-i isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.
Keçirilən rəy sorğusunun nəticələrinə əsasən, respondentlər Ermənistanın 10 noyabr tarixli birgə bəyanatın şərtlərinə əməl etməməsi halında, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməsini dəstəklədiklərini ifadə ediblər. Belə ki, rəyi öyrənilənlərin mütləq əksəriyyəti - 80,5%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Hərbi əməliyyatları erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatı olaraq görən respondentlərin 84,1%-i bu əməliyyatların davam etdirilməsini dəstəkləyib.
Nəticələrin gender aspektindən statistik təhlili bizə onu deməyə əsas verir ki, kişilər qadınlarla müqayisədə Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatları davam etdirməsini daha çox istəyirlər.
Əks mövqedə qərarlaşan (6,8%), eləcə də bu suala cavab verməkdə çətinlik çəkən (12,8%) respondentlər mövqeyini əsasən itkilərin olmasını istəmədikləri ilə əlaqələndiriblər.
Polkovnik Elşən Əsgər oğlu Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Hacıyev Niyazi Xanbaba oğlu – general-leytenant
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Orucov Xanbala Tubail oğlu – general-mayor
“Vətən uğrunda” medalı ilə
Səfərov İdris Məmməd oğlu – general-mayor
Abdullayev Ruslan Ağasalah oğlu – polkovnik
Mayılov Şahin Səfi oğlu – polkovnik
Quliyev Elbrus Cahangir oğlu – polkovnik
Quliyev Qalib Cəmil oğlu – polkovnik
Bağırov Üzeyir Cahangir oğlu – polkovnik-leytenant
Əliyev Vüsal Bünyabün oğlu – baş leytenant
“İgidliyə görə” medalı ilə
Xudiyev Aydın Qurban oğlu – polkovnik
Əsədov Mircavad Ağamir oğlu – polkovnik-leytenant
Rəhimov Qəhrəman Sədrəddin oğlu – polkovnik-leytenant
Əliələkbərov Mirsahib Mirsəfər oğlu – mayor
Məmmədov Ramil Ramiz oğlu – mayor
Tağıyev Elmar Elman oğlu – mayor
Musayev Elçin Mirzağa oğlu – kapitan
Məhərrəmov Beybala Zamir oğlu – baş leytenant
“Hərbi xidmətlərə görə” medalı ilə
Eyyubov Roman İslam oğlu – polkovnik
Əlicanlı Narid Eldar oğlu – polkovnik
Əliyev Aydın Abbas oğlu – polkovnik
Fətullayev İntiqam Davud oğlu – polkovnik
Pənahov Əli Həsən oğlu – polkovnik
Dadaşov Naib Neymət oğlu – polkovnik-leytenant
Əsgərov Fərid Qeys oğlu – polkovnik-leytenant
İsayeva Günay Zakir qızı – polkovnik-leytenant
Mikayılov Vüqar Mahmud oğlu – polkovnik-leytenant
Cəbrayılov Elman Talıb oğlu – mayor
İsmayılov Emin Allahverən oğlu – mayor
Lətifov Seymur İkram oğlu – mayor
Məmmədov Mübarək Əli oğlu – mayor
Orucov Elçin Ziyəddin oğlu – mayor
Paşayeva Könül Çırağqulu qızı – mayor
Rüstəmova Gilə Vidadi qızı – mayor
Şiriyev Rauf Hacıhəsən oğlu – mayor
Əliyev Ramil Sübhan oğlu – kapitan
İbrahimov Tural Cəbrayıl oğlu – kapitan
Məhərrəmov Yunis Məhəmməd oğlu – kapitan
Orucov Nahid Nizami oğlu – kapitan
Ağayeva Aygün Vaqif qızı – tibb xidməti kapitanı
İsmayılov Emin Elman oğlu – tibb xidməti baş leytenantı
Əliyev Ceyhun Kifayət oğlu – baş leytenant
İsrafilzadə Əlvan Kamran oğlu – baş leytenant
Qasımov Samir Dünyamalı oğlu – baş leytenant
Vəliyev Musa Valeh oğlu – baş leytenant
Məmmədova Gülnarə Arif qızı – baş gizir
İmanova Fərəh Həbibulla qızı – gizir.
Ermənistan mətbuatı Rusiya əleyhinə total təbliğat apararkən, erməni toplumunun Kremlə qarşı qəzəbli olduğunu qabardır... Rusiya siyasi dairələri isə Kreml qəzəblənərsə, Ermənistan dövlətinin xəritədən silinə biləcəyinə eyham vururlar…
Musavat.com məlumatına görə, Rusiya-Ermənistan münasibətlərində kəskin ziddiyyətlərin olduğu müşahidə edilir. Hətta bu ziddiyyətlərin yaxın vaxtlarda daha da dərinləşərək, gərginləşmə mərhələsini başlada biləcəyi də qətiyyən istisna deyil. Və əslində, rəsmi İrəvanla Kreml arasındakı münasibətlərdə çatların yaranması müəyyən mənada, həm də gözlənilməz xarakter daşıyır.
Ancaq son dövrlərdə baş verən hadisələr nə vaxtsa, gözlənilməz və ya qeyri-mümkün sayıla biləcək olayları reallığa çevirib. Rusiya-Ermənistan ziddiyyətləri də vaxtilə qeyri-mümkün hesab olunurdu. İndisə, inkaredilməz reallıqdır. Və yaxın gələcəkdə bu iki müttəfiq ölkə arasında çəkişmənin daha da dərinləşə biləcəyi qətiyyən istisna deyil.
Kreml Cənubi Qafqaza köçürdüyü və ondan sonrakı 200 ilə yaxın bir müddətdə himayə etdiyi ermənilərdə də, onlara yaratdığı Ermənistandan da ciddi şəkildə narazıdır. Rusiya üçün Ermənistan Kremldən gələn təlimatları qeyd-şərtsiz yerinə yetirməli olan for-postdan başqa heç nə ifadə etmir. Kreml Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı maraqlarının icraçısı olması üçün yaradıb.
Əslində, son illərə qədər Kremlin himayəsi altında və silah-sursat hədiyyələri sayəsində Ermənistan özünün təhlükəsiz hesab edirdi. Ermənistan Rusiyanın regional maraqlarına öz imkanları daxilində xidmət göstərirdi. İndiki baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra isə bu vəziyyət tədricən dəyişməyə başladı.
ABŞ-ın “Soros” Fondu sayəsində hakimiyyəti ələ keçirən erməni baş nazir Rusiyanı öz xarici siyasətinin əsas hədəfinə çevirdi, Qərbə yaxınlaşma kursu seçdi. Rəsmi İrəvan Ermənistanın bütün problemlərində, onu həmişə himayə etmiş, silahlandırmış Rusiyanı ittiham etməyə başladı. Və bu baxımdan, Ermənistan siyasi dairələrinin II Qarabağ savaşında biabırçı məğlubiyyətə görə hələ də Rusiyanı günahlandırması qətiyyən gözlənilməz deyil.
Maraqlıdır ki, son vaxtlar Ermənistanın hərbi məğlubiyyətlərinə görə Rusiyanın suçlanması daha da intensivləşmiş prosesə çevrilməyə başlayıb. Ermənistandakı Rusiya əleyhinə propoqanda artıq Kremlə yaxın siyasi dairələrin də diqqətini çəkib. Rus politoloq İqor Korotçenko Ermənistan mətbuatında Rusiyaya qarşı intevsivləşən ittihamları absurd hesab edir. Onun fikrincə, ermənilərin II Qarabağ savaşında biabırçı məğlubiyyətlərinin səbəblərini Rusiya silahlarının keyfiyyətsizliyi əlaqələdirməyə haqları yoxdur.
Rus politoloq əmindir ki, Ermənistan savaşı Rusiya silahlarının keyfiyyətsizliyi ucbatından deyil, dövlət idarəçilik sisteminin yararsızlığı, yüksək səviyyədə korrupsiyanın mövcudluğu, hərbçilərin qeyri-peşəkarlığı və s. bu kimi çoxsaylı səbəblərdən uduzub.
İ.Korotçenko hesab edir ki, erməni toplumu ümumiyyətlə, hərbi qələbələrə qadir deyil. Çünki erməni toplumunun əsas “qəhrəmanları” nasist çinayətkarlar, Qoregin Njde kimi hitlerçi xainlərdir. Belə hərbi cinayətkarları öz qəhrəmanı hesab edən toplum heç vaxt qalib gələ bilməz. Ermənistan hətta üçtərəfli anlaşmaları belə, sivil normalar çərçivəsində icra etməyə qadir deyil: “Azərbaycanın Laçın rayonunu tərk edən Suriya və Livandan gəlmiş erməni emiqrantlar yenə də evləri və meşələri yandırırlar, təbiətə ağır zərbə vururlar. Ermənilər anlamalıdırlar ki, savaşda məğlub olublar. Deməli, sakitcə kənara sürünməlidirlər. Və Rusiyanı ittiham etməməlidirlər”.
Ancaq Ermənistan siyasi dairələrində rus politoloqla eyni mövqeni bölüşmürlər. Ermənistan mətbuatıda “Sürməli” bazarında baş verən partlayışları, metro və aeroportların minalanması barədə xəbərləri birmənalı şəkildə Rusiya ilə əlaqələndirməyə çalışırlar. Ermənistan cəmiyyətində də artıq bu propoqanda öz təsirini göstərməkdədir və ermənilər baş verənlərin arxasında Rusiyanın ola biləcəyinə inanmağa başlayıblar.
Təbii ki, Kremldə bütün bunlardan ciddi şəkildə narahatdırlar. Rusiya siyasi dairələrində hesab edirlər ki, Ermənistan mətbuatında yer alan ittihamlar Paşinyan hakimiyyəti tərəfindən istiqamətləndirilir. Ona görə də, Rusiyanın öz for-post hərbi müttəfiqinə nota verməsi o qədər də gözlənilməz olmadı. Kreml Rusiyanın konkret faktlar göstərilmədən ittiham edilməsi ilə barışa bilməzdi.
Maraqlıdır ki, hazırda Ermənistanın siyasi dairələri əsasən Rusiyanın notasında yer alan iki cümlədən narahat olmağa başlayıblar: “Biz ittihamları Rusiya-Ermənistan müttəfiqliyinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”.
Əslində, Kremlin notasındakı bu iki cümlə Paşinyan hakimiyyətinə qarşı sərt xəbərdarlıq xarakteri daşıyır. Çünki, Rusiya bir tərəfdən Ermənistanı təxribatda suçlayır. Digər tərəfdənsə, “qeyri-dost təzahürlər”in arxasında onun qarşısını almayan Paşinyan hakimiyyətinin dayandığına dolayısı eyham vurur. Və bu, Rusiyanın Ermənistana qarşı daha sərt addımlar ata biləcəyinin də mesajı təsiri bağışlayır.
Nə qədər qəribə də olsa, Ermənistanın “Lragir” nəşri Rusiyanın notasını Kremlin rəsmi İrəvanla qarşıdurmaya getməsi kimi yozur. Nəşr hesab edir ki, Ermənistan üçün zaman sürətlə tükənir: “Rusiya Ermənistanı xaosa sürükləmək istəyir”.
“Hraparak” isə əmindir ki, Rusiya-Ermənistan münasibətləri artıq ciddi çatlar verib: “Rusiya öz notası ilə rəsmi İrəvana öz bəyanatlarında və təbliğatında ehtiyatlı olmağı məsləhət görür. Eyni zamanda, Kreml israrla Paşinyan hakimiyyətindən Rusiya və Qərb arasında yekun seçim gözlədiyini sezdirir”.
Digər tərəfdən, Ermənistan mətbuatı iddia edir ki, Rusiyanın “qəribə nota”sı Kremlin daxili narahatlığının təzahürüdür. Çünki Ermənistanın Rusiyaya yönəlik sualları artır və erməni toplumu hərbi müttəfiqin siyasətindən qıcıqlanmağa başlayıb. Və bu, Ermənistanda Rusiyaya qarşı münasibəti daha mənfi məzmunla yükləyə bilər.
Ancaq Ermənistan mətbuatı Rusiya əleyhinə belə total təbliğat apararkən nəzərə almadığı bir önəmli məqam da var. Belə ki, ermənilər anlamalıdırlar ki, Ermənistan cəmiyyətinin qıcıqlanması Rusiya üçün heç bir ciddi təhlükə törətməz. Rusiyanın qıcıqlanmsı isə erməni toplumuna ümumiyyətlə, Ermənistan dövlətinin xəritədən silinməsi hesabına başa gələr.
Sentyabr ayı Ermənistan dövləti və ümumilikdə erməni xalqı üçün kulminasiya ayı olacaq. Ən ciddi prosseslər məhz bu ay baş verecək. Bu prosseslərdən dərhal sonra isə Azərbaycan, türk maşınları İrəvan küçələrində şütüyəcək, Xankəndiyə nəzarət Bakıya keçəcək və bundan nəinki Azərbaycan xalqı, hətta Qarabağda yaşayan ermənilər də sevinəcək. Onlar aclıq, səfalət, işsizlikdən çıxıb işıqlı, gözəl həyata qədəm qoyacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan telekanalının efirində yayımlanan "İcmal" verlişində tanınmış erməni rejisor və ictimai xadim Ohanes Qalstyan deyib.
"Ermənistan hakimiyyətinin onlara verə bilmədiyini Bakı verəcək. İrəvandakı ticarət mərkəzində baş verən partlayış, ümumilikdə Ermənistanda sentyabrda baş tutacaq böyük "partlayışın" kiçik modeli idi. Biz hazırda bomba üzərində oturmuşuq. Ermənistanın qorxulu yuxusu çox davam edə bilməz, yaxın vaxtlarda biz yeni fazaya qədəm qoyacağıq. Orada necə olacağı isə özümüzdən aslıdır..." - deyə o qeyd edib.
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayarın etimadnaməsini qəbul edib.
"Yol-xeber.az" xəbər verir ki, səfir Qombosuren Munxbayar etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Səfir Monqolustan Prezidenti Xürelsüx Uxnaaqiynin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan Prezidentinə çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərə toxunaraq, siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyəsindən məmnunluğunu bildirdi, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığın həyata keçirildiyini dedi, ikitərəfli formatda tam qarşılıqlı anlaşmanın mövcud olduğunu vurğuladı. Bu baxımdan Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişləndirilməsi üçün ticarətin səviyyəsinin artırılmasının, biznes dairələri arasında təmasların genişləndirilməsinin zəruriliyini qeyd etdi və investisiya layihələrinə baxılmasının da mümkünlüyünü bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizi imkanları nəzərə alınaraq nəqliyyat sahəsində, bundan başqa humanitar sahədə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev səfirin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.
Qombosuren Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini dedi. Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq, Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırdı.
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul etdi.
Görüşdə təhsil, turizm, investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.
***
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.