|
10:24
Millət vəkili Aydın Mirzəzadə eyni universitetə qəbul olan ata və qızı ilə görüşəcək.
Axar.az xəbər verir ki, deputat bu barədə özü məlumat yayıb. Millət vəkili bildirib ki, onların bu addımı cəmiyyətə yaxşı bir nümunədir:
“Bu gün aznyus.az saytında Ağcabədi rayon Sarıcalı kəndinin sakini Kərəm Süleymanovun qızı Nərgiz Süleymanova birgə Bakı Dövlət Universitetinin informatika müəllimliyi ixtisasına qəbul olunması xəbərini oxudum.
Kərəm müəllimin mobil telefon nömrəsini taparaq ona zəng etdim, özünü və qızını bayramları və uğurları münasibəti ilə təbrik etdim.
Qurban bayramından sonra görüşmək qərarına gəldik”.
Qeyd edək ki, Ağcabədi rayon Sarıcalı kəndinin sakinləri Kərəm Süleymanov və Nərgiz Süleymanova bu il Azərbaycan universitetlərinə keçirilən imtahanlara əsasən eyni universitetə qəbul olunublar. Onlar Bakı Dövlət Universitetinin İnformatika müəllimliyi ixtisası üzrə təhsil almaq hüququ qazanıblar.