Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər.

Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq.

Axar.az xəbər verir ki, bu sözləri avqustun 25-də Bakıdakı Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyev Azərbaycan və Almaniyadan olan iş adamları ilə görüşündə deyib.

Prezident bildirib ki, alman şirkətləri Azərbaycanda yaxşı tanınır, onların keyfiyyəti, texnologiyaları ölkəmiz üçün çox böyük fayda verir:

“Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə bizim əsas prioritetimizdir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu, onu göstərir ki, iqtisadi şaxələndirmə siyasəti Azərbaycanda uğurla aparılır. Biz əlbəttə ki, böyük neft-qaz resurslarına malikik, onları ixrac edirik, amma əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu sahədə əlbəttə ki, Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər.

Hazırda kənd təsərrüfatının inkişafı, turizm, informasiya-kommunikasiya sektoru, infrastruktur layihələri, o cümlədən dəmir yollarının modernləşdirilməsi, inşaat sektoru və digər sahələr prioritetlər sırasındadır. Əminəm ki, bu gün keçiriləcək söhbət nəticəsində yeni kontraktlar imzalanacaq, yeni əməkdaşlıq formatı yaradılacaq”.

22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
17 Noyabr 2024 Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16 Noyabr 2024 Baş nazirdən Füzuli ilə bağlı qərar

Xəbər lenti