|
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonu Bakıxanov və Zabrat qəsəbələri ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Qurumdan Axar.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, qarşılaşdıqları problem və çətinliklərlə maraqlanıb.
Görüş iştirakçılarına məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi mərhələli şəkildə həyata keçirilir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinə qayğı ilə yanaşır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu sahədə layihələrin icrasına böyük diqqət göstərir. Dövlətin məcburi köçkünlərə olan qayğısı nəticəsində hər il yeni mənzillə təmin edilən məcburi köçkünlərin sayı artır. Eyni zamanda onların məşğulluğunun təmin edilməsi, maddi rifahının yaxşılaşdırılması üçün də layihələr həyata keçirilir.
Komitə sədri görüş iştirakçılarının müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı izahat verilib.