|
Türkiyə, Rusiya və İran prezidentlərinin sentyabrın 7-də keçiriləcəyi Zirvə görüşü Təbrizdə baş tutacaq.
Axar.az xəbər verir ki, bu barədə məlumatı İSNA agentliyi yayıb. Məlumata görə, görüşün əsas müzakirə mövzusu Suriya məsələsi olacaq.
Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentlərinin görüşünün Təbrizdə keçirilməsi bir ilkdir. Bundan əvvəlki görüşlər Soçi və Ankarada olub.