“Paşinyan Ermənistandakı reallıqların girovuna çevrilib”.

 

May ayından Ermənistanda Nikol Paşinyanın timsalında yeni hakimiyyət iş başındadır. Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan-Ermənistan danışıqlarında ciddi bir hərəkətlilik müşahidə olunmur. Erməni baş nazirin Qarabağ danışıqlarına meylli olmadığı hiss edilir.

Bəs Nikol Paşinyanla rəsmi Bakının münasibətləri ilə Serj Sərkisyan dövründəki Bakı-İrəvan münaisbətlərini müqayisə etsək hansı mənzərə ortaya çıxar? Ümumiyyətlə, Paşinyanla Bakının münasibətləri necə xarakterizə edilər bilər?

İnqilabla hakimiyyətə sahiblənən Nikol Paşinyan özündən əvvəlki hakimiyyətin başçısı Serj Sərkisyandan fərqli olaraq Qarabağ müharibəsində iştirak etməyib. Onun Qarabağ müharibəsində iştirak etməməsi, Qarabağdan olmaması, hərbçi deyil siyasətçi, həm də yazı-pozu adamı olması bundan sonrakı dövrdə onunla dil tapmağı asanlaşdıra bilərmi?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, onun qənaətincə, rəsmi Bakı-İrəvan münasibətlərindəki qeyri-müəyyənlik əvvəlki illərdən daha qabarıqdır: “Şübhəsiz ki, bu da Ermənistandakı vəziyyətdən qaynaqlanır. Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aydın mövqeyi və bu mövqeyi ifadə edə biləcək gücü yoxdur. Paşinyan hakimiyyətə gəldikdən sonra münaqişənin həlli ilə bağlı sərt bəyanatlar verirdisə, daha sonra ölkə daxilində tez-tez dəyişən vəziyyət, yaşanan gərginliklər fonunda bu bəyanatların sərtliyi kifayət qədər azaldı, əgər arabir nəzərə çarpan populist davranış və açıqlamaları diqqətə almasaq, arxa plana keçdi. Paşinyan hazırda Ermənistandakı reallıqların girovuna çevrilib. O, vəziyyəti dəyişmək imkanında deyil. Bunun üçün nə işlək konsepsiyası, nə komandası, nə də resursları var. Eyni zamanda həm ölkə daxilindəki şərtlər, həm də xarici təsirin miqyası onun manevr imkanlarını məhdudlaşdırır”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyanın Azərbaycan torpaqlarının işğalı prosesində iştirak etməməsi, hərbçi olmaması onun münaqişənin həllinə münasibətini əsaslandıra biləcək tutarlı faktorlar deyil: “Nikol Paşinyan kütlənin ”qəhrəmanıdır", kütləyə oynayır və qənaətimə görə, bu, onun əksər hallarda populyar qərarlar qəbul etməsinə zəmin yarada biləcək amillərdir. İşğaldan əl çəkilməsi, münaqişənin həlli isə Ermənistanın bir dövlət kimi mövcudluğu və inkişafı baxımından populyar olmayan, daha praqmatik və uzaqgörən qərarların qəbul edilməsini tələb edir. Paşinyan isə belə qərarları qəbul edə bilmir".

25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir

Xəbər lenti