|
Əgər nüvə razılaşması Tehranın maraqlarına cavab verməsə və bizim zərərimizə işləsə, İran bundan imtina edəcək.
Axar.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Əli Xameneyi deyib.
Onun sözlərinə görə, nüvə razılaşması İran üçün hədəf yox, vasitədir. Xameneyi Avropanın nüvə razılaşmasını xilas edəcəyinə inanmağın mənasız olduğunu bildirib.