|
“Bakı Xanları evi” bərpa ediləcək.
“Report” xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim abidənin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satınalınması üçün təkliflər sorğusu elan edib.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 10-u saat 12.00-dək qəbul olunur.
Qeyd edək ki, XVII-XVIII əsrlərə aid “Bakı Xanları evi” Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşir və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır.