Bakının bir sıra yerində söküntü işləri aparılsa da, əsas layihələrin icrası gecikir.

 

2015-ci ildə  ölkədə milli valyutanın dəyərdən düşməsi, dünya bazarında isə neftin qiymətinin ucuzlaşması Azərbaycanda bir çox sahələrə, xüsusilə də tikinti sektoruna zərər verdi.  Nəticədə Bakıda həmin ərəfədə yaşanan tikinti bumu sona çatdı və xeyli obyektlərin inşası yarımçıq saxlanıldı.

Təbii ki, tikinti sektorunun zəifləməsinə iqtisadi amillərlə yanaşı, süni əngəllərin də təsiri oldu. Təsadüfü deyil ki,  2016-cı ilin yanvar ayında keçirilən hökumətin müşavirəsində İlham Əliyev ölkədə tikinti sektorundakı bu kimi vəziyyətə toxunaraq bildirmişdi ki,  tikinti ilə bağlı bütün süni əngəllər aradan qaldırılmalıdır: “Tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaq”.

Eyni zamanda Bakıda tikinti ilə əlaqədar Nazirlər Kabinetinin də xüsusi qərarı oldu. Nazirlər Kabinetinin qərarına əsasən, Bakıda sovet dövründə müvəqqəti inşa edilən “Xruşovka”lar mərhələli şəkildə sökülməli idi. Bunun üçün 5 il zamana ehtiyacın olduğu da vurğulanmışdı. İlkin mərhələdə 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcəkdi. 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektar, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729 kimi qeyd olunmuşdu.  Lakin bu layihədə yubanma müşahidə edilir.

Hazırda dünya bazarında neftin qiyməti 80 dollara yaxınlaşır, manatın isə məzənnəsi sabitdir. Bakıda yenidən tikinti bumu başlaya bilərmi?

Əvvəlcə onu qeyd edək ki, hazırda Bakının bir sıra mərkəzi küçələrində söküntü-tikinti işlərinə başlanılıb. Nazirlər Kabinetinin qərarı əsasında Bakının müxtəlif rayonlarında pilot layihələr həyata keçirilir və 2-3 mərtəbəli binalar sökülərək, yerində hündürmərtəbəli tikililər ucaldılır. Məsələn, Nizami rayonu, Şirin Mirzəyev küçəsini göstərə bilərik. Bu küçədə artıq 2 ildir ki, 2 mərtəbəli binalar hissə-hissə sökülür. Binada yaşayan sakinlərə müvəqqəti kirayə qalmaları üçün vəsait verilir və bina hazır olduqdan sonra isə tikintini aparan şirkət sökülən ikimərtəbəlilərin sakinlərinə sahəsi onların əvvəlki mənzillərinin sahəsindən 10 faiz çox olmaqla, yeni binadan ev verir. Qalan mənzillər isə satışa çıxarılır.  Şərtlər əlverişli olduğu üçün sakinlər şirkətlə razılaşıb, mənzillərini tərk edirlər.

Lakin Bakıda kompensasiya baxımından problemli ərazilər də var ki, orada söküntü ilə bağlı elan verilsə də, işlər ləngiyir. Məsələn, Bayılda Buxta ərazisi kimi tanınan küçənin sakinləri “Yeni Müsavat”a bildiriblər ki, onlara mənzillərinin kvadratına görə 700 manat təklif edilir. Sakinlərin  də böyük əksəriyyəti məbləğin az olması səbəbindən söküntüyə razılıq vermirlər. Bildirirlər ki, şirkət onlardan kvadratını 700 manata aldığı evin yerində bina tikib, kvadratını 2 min manatdan satacaq. Ona görə də sakinlər ən azı 1500 manat kompensasiya tələb edirlər. Bütün bu kimi problemlər isə illərdir Bayılın bu kimi ərazilərinin köçürülməsi işini yubadır.

nazirlər kabineti ile ilgili görsel sonucu

Bakının “söküntü ocağı”na çevrilən “Sovetski”  məhəlləsində də işlər plan üzrə getmir. Belə ki, hazırda “Sovetski”də birinci mərhələdə sökülən evlərin yerində yəni daha dəqiq desək, 26 hektar ərazidə park salınır. Park ərazisində tikintilərin 2017-ci ilin sonuna qədər yekunlaşacağı bildirilsə də bu proses də yubandı. Hazırda müvafiq qurumlar tərəfindən qeyd  olunur ki, 2018-ci ilin sonuna qədər ərazidə işlər tamamilə yekunlanacaq. 2017-ci ildə bəyan edilmişdi ki, ərazidə 2018-ci ildə 2010 yaşayış və qeyri-yaşayış binasının sökülməsi nəzərdə tutulub. Plana görə söküntü işləri bu ilin yanvar ayından başlamalı idi. Lakin 8 ay vaxt keçsə də, işlərə başlanılmır. Açıqlamalardan belə aydın olur ki, “Sovetski”də ikinci söküntü dalğasının nə zaman başlayacağı, heç bu işi aparan şəxslərə də məlum deyil.  Onu da qeyd edək ki, “Sovetski” əhalisi də artıq 1500 manat kompensasiya ilə razılaşmırlar. Sakinlər hesab edirlər ki, hazırda tikinti materialları bazarında qiymətlər çox yüksəkdir. Ona görə də hesab edirlər ki, azkvadratlı mənzillərinə verilən kompensasiya ilə başqa yerdə ev tikə bilməyəcəklər...

“Sovetski”yə qonşu olan, ikinci qədimi məhəllə “Kubinka”da da söküntü işlərinin aparılması nəzərdə tutulub. Oradakı “misgərlər məhəlləsi” kimi tanınan Cəlil Məmmədquluzadə küçəsində mənzillər siyahıya da alınıb, əraziləri də ölçülüb. Ptən il bildirilib ki, 2018-ci ilin yanvar ayından etibarən söküntü işləri başlayacaq. Lakin 8 ay ötməsinə baxmayaraq, burada da işlərə başlanılmayıb...

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) isə vəziyyət fərqlidir. Belə ki, qurumda yaradılmış işçi qrupu şəhərin rayonlarına, küçələrinə çıxıb, reyd keçirirlər.  Onlar qeyri-qanuni hesab etdikləri obyektləri söküb, səkiləri “təmizləyirlər”. BŞİH Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov report-a deyib ki, Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək. Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib. O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.

Ä°lgili resim

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, tikinti sektorunda durğunluğun iki əsas səbəbi var:

“Birincisi, Rusiyadan gələn vəsaitin azalmasıdır. 2000-ci ilin ortalarından devalvasiyalara qədər  Rusiyadan gələn vəsait tikinti sektorunda çox böyük rol oynayırdı. Bu vəsait hesabına Bakı şəhərində daşınmaz əmlak bazarında canlanma yaranırdı. Rusiyada yaşayan soydaşlarımız ya burada ev alıb icarəyə verirdilər, yaxud da yaxınlarına ev alırdılar. Devalvasiyadan sonra isə bu tendensiya səngidi. İkinci böyük amil isə devalvasiyalardan sonra bank sistemində yaranan problemlər oldu. Bu problemlər də ipotekanın müxtəlif formalarda verilməsini xeyli dərəcədə zəiflətdi. Çünki problemli kreditlərin həcminin artması, İpoteka Fondundan əlavə, banklara da təsir göstərdi. Banklar 2016-cı ildə kreditləşmədən tamamilə çıxdılar. 2017-ci ildə isə sosial mənzillərin tikilməsi İpoteka Fonduna büdcədən əlavə 200 milyonun ayrılması bazarda az da olsa canlanma yaradıb. Bu gün baş verən az da olsa canlanmanın baş verməsinə səbəb sonuncu qeyd etdiyimiz faktordur. Bakıda böyük söküntü işləri 2010-2013-cü illərdə "Qış bulvarı" tikilən zaman və sonradan isə “Sovetski” adalanan ərazidə mənzillərin sökülməsi oldu. Burada kompensasiya ilə bağlı problemlər yaşandı. Ayrılmış kompensasiyalar şəhərin mərkəzi hissəsində mənzil almağa yetərli olmadı. Hətta 1500 manat kompensasiya verilsə belə, bu da az oldu.  Çünki mənzillər azkvadratlı idi. Buna görə də torpaq bazarında canlanma yarandı. Bu yerlərdən köçən əhali şəhərin kənar yerlərində torpaq alıb, tikinti işlərini orada davam etdirdilər".

22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti