|
ABŞ prezidenti Donald Tramp federal işçilərin maaşlarının qaldırılmasını təxirə salıb.
"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, "Ağ Ev"in sahibi bu qərarını büdcə kəsiri ilə əlaqələndirib.
Maaşların artırlması 2019-cu ilin yanvarında planlaşdırılırdı.
Bununla belə, D.Tramp hesab edir ki, bu qərar ixtisaslanmış işçilərin federal işə cəlb edilməsinə və onların iş yerlərində saxlamasına mane olmayacaq.