Almaniya kansleri Merkellə əri tətilə niyə ayrı-ayrı təyyarələrdə uçurlar?

 

 

Yay tətili bitmək üzrədir. Hər kəs yavaş-yavaş paytaxta qayıdır. Və bundan sonra başlanır müzakirələr. Kim yay istirahətini harada və neçəyə edib? Uğurlu keçibmi, növbəti ildə də eyni yerdə istirahət edəcəkmi?.. Bu və bunun kimi onlarla sual...

 

Düşünün ki, biz bir-birimizin, aşağı-yuxarı eyni statusda olan dostlarımızın, rəfiqələrimizin yay tətilini necə keçirməsi ilə maraqlanırıqsa, dünyanı idarə edən liderlər bu mərhələni necə keçirirlər. Bizdən fərqli olaraq, onlar il boyu yay tətili üçün pul yığmırlar, təbii ki. Hamının dincəldiyi çimərliklər, kurortlar, tətil bölgələri də onlarlıq deyil. O halda birinci şəxslərin istirahətləri necə, hansı şərtlər daxilində və neçəyə başa gəlir?

Putin istirahət ile ilgili görsel sonucu

Putinin yay istirahəti - “mujik” kimi

“Yeni Müsavat” 2018-ci ilin yayında prezidentlərin necə istirahət etməsi ilə maraqlanıb və ortaya ilginc tablo çıxıb.

İlk növbədə Rusiya prezidenti Vladimir Putindən başlayaq. O, yay tətilini xaricdə yox, ölkə daxilində keçirməyi tərcih edənlərdəndir. Rusiya mediası bunun anlaşılan olduğunu yazır - çünki prezident bir çox məsələlərdə başqalarına nümunə olmalıdır. Bununla belə, o, tətildə də işlərini tam diqqətdən kənara qoymur. Gün ərzində bir neçə saat da olsa, sənədləşmə işlərini və ya rəsmi danışıqlara vaxt ayırır.

Rusiya prezidenti daha çox Soçidəki rezidensiyasında tətil keçirməyi sevir. Sibir və Ural da onun tətilini keçirdiyi məkanlar sırasındadır. Bir neçə il bundan əvvəl, onun Monako şahzadəsi ilə birgə Tuvaya səfəri insanlar arasında təəccüb yaratmışdı. Orada onlar qədim abidələri ziyarət etmiş, balıq tutmuş və atla gəzinti etmişdilər. Vladimir Vladimiroviç eyni zamanda balıq tutmağı da sevir. Bu günlərdə  Putin müdafiə naziri Sergey Şoyqu ilə yenə Xakasiyada olub, burada dağları gəzib, çay səyahətinə çıxıb, heyvanlara baxıb və sairə...

Lukashenko tatil ile ilgili görsel sonucu

Lukaşenko tətilə böyük bir qrupla çıxır

Balıq tutmağı Moldova prezidenti İqor Dodon da sevir. O, öz yay məzuniyyətini ya balıq tutmaqda, ya da ovda keçirir. O, eyni zamanda idmana da biganə deyil. Ona görə də tez-tez Alplarda xizək kurortlarına və ya Kipr adasına istirahətə gedir.

Belarus prezidenti Aleksandr Lukaşenkonun demək olar ki, yay istirahəti olmur. Belə ki, o, tez-tez Avstriyaya getsə də, orada məqsəd istirahət etməkdən daha çox belorus idmançıların necə xizək sürməsinə tamaşa etmək idi. Bununla belə, hərdən özünə də vaxt ayırır. Lukaşenko Soçidə xizək sürməyi sevir. Burada onun da rezidensiyası var. Tez-tez Belorus prezidenti Soçiyə biznesmenlər, məmurlar və idmançılardan ibarət böyük heyətlə gəlir və bərabər bir neçə gün vaxt keçirirlər.

Qazaxıstanın lideri Nursultan Nazarbayev illik 45 günlük məzuniyyət hüququna malikdir. Daha çox o, Qazaxıstanın dağda yerləşən kurortu “Çimbulak”a baş çəkir, eyni zamanda Borovoyedə və ya Türkiyədəki şəxsi villasında istirahət edir.

Merkel tatil ile ilgili görsel sonucu

Merkel tətilə əri ilə ayrı-ayrı gedir - birinin təyyarə pulunu dövlət ödəyir, o birininkini özü

Almaniya kansleri Angela Merkel əri İoxim Zauerlər hər il İska adasında dördulduzlu hoteldə istirahət edir. Tətil zamanı o, termal parklara baş çəkir, o, Apollon və Afrodit bağlarında olmağı sevir. Dağ terrasında müxtəlif temperaturlu 12 termal basseyn yerləşib. Ziyarətçilər üçün parka giriş 33 avro olsa da, Merkeli hotelin nüfuzlu müştərisi olaraq içəri pulsuz buraxırlar. Maraqlıdır ki, Merkellə əri tətilə ayrı-ayrı təyyarələrlə uçurlar. Belə ki, o, hökumətin büdcəsinə bağlı olan hərbi laynerlə, əri isə fərdi aviakompaniyaların təyyarəsi ilə tətil yerinə uçur və orda görüşürlər.

Ä°lgili resim

Merkel zaman-zaman Avstriyanın Tirol bölgəsində, ya da cənubi İtaliyada istirahət etməyi sevir. Almaniyanın kansleri bir qayda olaraq orta səviyyəli hotellərdə tətilini keçirməyə cəhd göstərir. Günlük qiyməti 300 dolları ötməyən hotellər onun tərcihləri sırasındadır. Amma Merkelin tətil geyimləri hər zaman ölkə mediasının diqqətində olub: dama-dama köynək, rəngbərəng şalvar və qara dağ çəkmələri.

Tətil deyəndə ailəsini unutmayanlar və unudanlar...

İspaniya kralı Xuan Karlos da istirahətini ailə üzvləri ilə keçirməyi sevənlər kateqoriyasına daxildir. Onu yay istirahəti zamanı həyat yoldaşı Sofiya, oğlu Felip, eləcə də nəvələri müşayiət edir. Onların istirahət üçün seçdiyi məkanlar sırasında Balear adalarını xüsusi vurğulamaq lazımdır. Bu, heç də Malyorkadan uzaq sayılmaz. İspaniya qəzetlərinin iddiasına görə, hətta istirahət sırasında ABŞ-ın eks birinci ledisi Mişel Obama da onlara qonaq gedə bilər.

Dəniz romantikasını Britaniya şahzadəsi 2-ci Yelizaveta da sevir. Məsələn, 2006-cı ildə, öz 80 illik yubileyində Yelizaveta özünə Şotlandiyanın cənub sahillərində bir kruiz hədiyyə edib. Ondan sonra belə səfər hər il təkrarlanıb. Əsl Britaniya aristokratı kimi Yelizaveta da şıq, təmiz məkanlarda istirahət etməyi sevir. Şəxsi köməkçisi onun istirahətlə bağlı bütün arzularını detallarına qədər həll edir.

Kurbankulu Berdımuhammedov ile ilgili görsel sonucu

Türkmənbaşının balıq sevdası

Son 5 ildə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Xəzər dənizinin şərqində, Avaz şəhərciyində keçirir. Adəti üzrə dövlət səhiyyə müəssisələrində həm müalicə olunur, həm də istirahət edir. Hətta mediada bununla bağlı zarafat da edirlər ki, əgər Berdıməhəmmədov balığa çıxırsa, balıq da ancaq ona yaxın gedir.

Ukrayna prezidenti Pyotr Poroşenkonun prezidentliyə qədər sonuncu dəfə istirahət üçün seçdiyi məkanlar Kamboca və 1989-cu ilə qədər Birma İttifaqı kimi tanınan Myanma Birliyi Respublikası olub. Yəqin ki, Ukraynada sabitlik yarandıqdan sonra “Şokolad kralı” istirahəti üçün yeni seçimlər edəcək.

22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti