|
Bolqarıstanın şimal-qərbində 17 nəfərin həlak olması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsindən sonra Daxili İşlər naziri Valentin Radev, Nəqliyyat naziri İvaylo Moskovski və Regional İnkişaf naziri Nikolay Nankov istefa veriblər.
Axar.az xəbər verir ki, Bolqarıstanın Baş naziri Boyko Borisovun 3 nazirin vəzifələrini tərk etməsi barədə tələbindən bir neçə saat sonra sözügedən şəxslər istefa ərizlərini təqdim ediblər.
Xatırladaq ki, yol-nəqliyyat hadisəsi İskır dərəsində baş verib. Sürücüsü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb. Bolqarıstan prokurorluğu avtobus sürücüsünə qarşı sürət məhdudiyyətini aşmaq da daxil olmaqla bir neçə ittiham irəli sürüb.
Qəza nəticəsində xəsarət alan 13 nəfərin indiyədək Sofiya şəhərinin xəstəxanalarında müalicə aldığı bildirilir.