Zaxarçenkonun qətlinin kimin sifarişi ilə törədildiyini söyləmək hazırda çətindir.

 

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekpert Elşən Mustafayev deyib. O bildirib ki, ilk növbədə Zaxarçenkonun kimliyinə baxmaq lazımdır:

“2014-cü ildə separatçıların batalyonlarından birinin komandiri olaraq “DXR” rəhbərliyinə gələrkən demək olar ki, başqa seçim yox idi. Həmin dövr üçün onun personası həm Kremli, həm “DXR” daxilindəki qüvvələri, eyni zamanda, nə qədər təəccüblü də olsa, hətta Ukraynanı qane edirdi. Kiyevin “DXR”-dən əlini üzməsindən söhbət getmir. Sadəcə, onunla bağlı hər şey bəlli idi və ondan sonra gələnin necə olacağı suallar doğururdu”.
Politoloq bildirib ki, hazırda Ukrayna bu qətldə əlinin olmadığını bəyan edir, Rusiya isə əksini söyləyir:
“Belə görünür ki, Minsk razılaşması çərçivəsində gedən danışıqların uzanmasına görə günahkarlar axtarılır”.

Ekpsert qeyd edib ki, hətta Rusiya mətbuatında bu qətlin daxili çəkişmələrin nəticəsi olaraq baş verdiyini iddia edənlər də var:

“Ciddi şəkildə qorunan birinin adi bir gündə, gündüz vaxtı kafedə nə işi ola bilərdi?! Yaxud, Ukrayna niyə indiyə qədər daha rahat imkanlarla buna cəhd etməmişdi? Suallar çox olduğundan, bu qətlin təşkilatçıları barədə ip ucu olmadan bir söz demək olmur”.

Ekspert vurğulayıb ki, qətlin təşkilatçısının olub-olmamasından asılı olmayaraq, Rusiya bu hadisədən maksimim yararlanmağa çalışacaq:

“DXR” “LXR”-lə bağlı gedən Minsk razılaşmasının şərtlərini Ukraynanın pozması təbliğatına üstünlük verecək. Adətən belə situasiyalarda daxili elektoratın diqqətini bu kimi hadisələrə istiqamətləndirməklə, insanların narazı olduqları digər məsələləri arxa plana atmağa çalışırlar. İndi də istisna deyil ki, KİV-lərdə bu hadisənin müzakirəsi ön plana keçsin".

Ekspert qətlin Ukrayna xüsusi xidmət orqanları tərəfindən törədildiyinə inanmadığını bildirib:

“Əgər belə olsaydı, rəsmi Kiyev bunu etiraf edərdi, əhali də onu dəstəkləyərdi. İkincisi isə belə aksiyalar seçki gününə az qalmış həyata keçirilir və hakimiyyətlər seçki kampaniyasında bundan maksimim istifadə etməklə kampaniyanın nəticələrinə ciddi təsir edirlər. Yəni əks-effektlərin baş verməsinə vaxt qalmır. Ukraynada prezident seçkiləri isə 2019-cu ilin yazına təsadüf edir. Bu dövr ərzində çox hadisələr, proseslər baş verə bilər və o dövrə qədər Zaxarçenkonon qətli tamam yaddan çıxa bilər. Rusiya isə qarşı tərəfi qeyri-konstruktivlikdə ittiham etməklə kampaniyaya start verəcək”.

Ekspertin sözlərinə görə, Zaxarçenkonun qətli kimin işinə daha çox yarayırsa və ya yarayacaqsa, hadisələrə həm də bu izlə yanaşımalıdır.

22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti