|
Ermənistanın keçmiş diaspora naziri Qranuş Akopyan məsuliyyətə cəlb olunacaq.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryan danışıb.
Məlumata görə, “Vətən-Diaspor” qeyri-hökumət təşkilatının fəaliyyətində 100 milyon dramlıq qanun pozuntusu aşkarlanıb. Həmin vəsaiti direktor dövlət vəsaiti hesabına kompensasiya edib.
“Qurumun qanun pozuntuları sırasında telekompaniyalardan birinə film çəkilişi üçün 75 milyon dram ayrılmasını göstərmək olar. Halbuki bu film İctimai televiziyanın daxili resursları hesabına çəkilib”, - Sanasaryan bildirib.