|
“Şərq-2018” təlimində “İsgəndər” raket komplekslərindən, T-80, T-90 tanklarından və yeni gəmilərdən istifadə ediləcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov deyib. O, təlimə Su-34, Su-35 təyyarələrinin, Mi-28 və Mi-35 vertolyotlarının cəlb ediləcəyini də bildirib.
Gerasimov Rusiya Federasiyasının tarixdə ilk dəfə strateji manevrlar keçirəcəyini deyib:
“Bu, xarici hadisələrlə bağlı məsələ deyil. Sadəcə, bunun vaxtı çatıb və onun üçün də təlim keçirilir. Bunda sətiraltı heç nə yoxdur”.