|
Azərbaycan Respublikasının Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Sərmayə Qurumunun (QİA) biznesin inkişafı idarəsinin rəisi Şeyx Ədüləziz bin Əli əs-Sani ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə ölkəmizlə Qətər arasında sərmayə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Səfir Rəşad İsmayılov iki ölkə arasında “ikiqat vergitutmanın aradan qaldırılması” və “sərmayələrin təşviqi və qarşılıqlı qorunması” kimi Sazişlərin mövcudluğunu, eləcə də yüksək səviyyəli siyasi əlaqələrin xarici sərmayə üçün etibarlı əsas yaratdığını vurğulayıb.
Şeyx Əbdüləziz isə ölkəmizə dəfələrlə səfər etdiyini, bir sıra dövlət və özəl qurumlarda görüşlər keçirdiyini və Qətərin xarici sərmayə siyasətində Azərbaycanın da yer aldığını qeyd edib.
O, hazırda Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə əməkdaşlıq etdiklərini və ölkəmizdə həyata keçirilən sərmayə layihələrinin QİA tərəfindən öyrənilməsinə maraq göstərildiyini bildirib.