|
16:16
Moldova Prezidenti İqor Dodon avtomobil qəzasına düşüb.
Axar.az xəbər verir ki, bu barədə Point.md portalı məlumat yayıb.
Məlumata görə, prezidentin korteji Straşen-Kalaraş yolunda yük maşını ilə toqquşub. Toqquşma nəticəsində prezidentin olduğu avtomobil aşıb.
İqor Dodon xəstəxanaya yerləşdirilib. Səhhəti ilə bağlı məlumat verilmir.
***
Avtomobil qəzasına düşən Moldova Prezdenti İqor Dodonun səhhəti ilə bağlı rəsmi açıqlama verilib.
Prezidentin müşaviri Maksim Lebedinski mətbuata açıqlamasında Dodonun özünü yaxşı hiss etdiyini və müalicəyə ehtiyacı olmadığnı deyib.
Sosial şəbəkələrdə prezidentin düşdüyü qəzanın görüntüləri yayılıb.