|
ABŞ hazırda Suriyada baş verənləri tribunadan izləyən tamaşaçı kimi davranır.
Heç bir sözünün arxasında dayanmır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Menbiçdə sözünü tutdu? 90 gün demişdilər, artıq 90-ı keçib. İndi yenidən terror qruplaşmalarını oraya soxmaq istəyir. Eyni şeyi Deyr əz-Zorda da etdilər. Deyr əz-Zordan hazırda terror qruplaşmaları – PYD, YPG-ni bəsləyirlər. Nə ilə? Neftlə. Orada terror qruplaşmasının çox ciddi neft gəlirləri var. Söhbət 300 milyon dollar kimi bir məbləğdən gedir. Emal olunmuş vəziyyətini düşünün. Hər halda 700-800 milyon dollara qədər çatar. Mən bu rəqəmi Putinə dedim, təəccübləndi. Hazırda ABŞ orada sadəcə bu iki terror qruplaşmasını bəsləyir. Onlardan maşa kimi istifadə edir”, - Ərdoğan bildirib.