|
İraqda Saurin və Fəth koalisiyaları Baş nazir Heydər Abadini istefaya çağırıb.
Axar.az xəbər verir ki, bu barədə İraqda Sədr hərəkatının lideri Müktəda əs-Sədrin tabeliyində olan Saurin koalisiyasının rəhbəri Həsən Akuli keçirdiyi mətbuat konfransında deyib:
“Bəsrədə baş verənlərdən dolayı Abadi və komandasının dərhal istefa verməsini tələb edirik. Bir daha güclü hökumət qurmaq üçün cəhd göstərəcəyik”.
Qeyd edək ki, 8 iyuldan İraqın Bəsrə şəhərində başlayan etiraz aksiyaları hələ də davam edir. Etirazçılara qarşı güc tətbiq etdikləri üçün bu gün Bəsrədə polis və ordu rəhbərliyi dəyişdirilib.