|
ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun devrilməsinə dair qurulan planları müxalif hərbi zabitlərlə müzakirə etdiyi iddia edilib.
Axar.az xəbər verir ki, "Nyu York Tayms” qəzeti Tramp administrasiyası ilə müxalif zabitlər arasında məxfi görüşlərin bir il ərzində davam etdiyini bildirib. Lakin planın uğursuz olma ehtimalı olduğu üçün çevrilişin reallaşdırılmadığı bildirilib.
Qəzet müzakirədə adı açıqlanmayan venesuelalı keçmiş yüksək rütbəli hərbi qulluqçunun da iştirak etdiyini bildirərək, Maduro hökumətinə qarşı bir çox planlar qurulduğunu vurğulayıb.