|
ABŞ Prezidenti Donald Tramp Şimali Koreyada keçirilən son paraddan dolayı Kim Çen İnə təşəkkürünü bildirib.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri Tvitter hesabında Kim Çenin belə bir parad keçirməsinin sülhsevərlik nümunəsi olduğunu yazıb.
“Şimali Koreya özünün 70 illiyi münasibətilə parad keçirdi. Nüvə raketləri olmadan... Mövzu – sülh və iqtisadi inkişaf...”, - Tramp bildirib.