|
Bir müddət əvvəl Cəlilabad rayonunun Alar kəndində yaşanan olay indi də Günəşli kəndində baş verir. Naməlum şəxs və ya şəxslər sakinlərə məxsus fərdi evlərə girir, əşyaları darmadağın edir, istədiklərini isə oğurlayırlar. Sakinlərin dediyinə görə, 15 gün olar ki, Günəşli kəndində bu hadisələr baş verir. Son bir həftə ərzində dörd nəfər kənd sakinin evində olan əşyalar yararsız hala salınıb.
Sakinlərin bildirdiyinə görə, bu halın ayrı-ayrı evlərdə təkrarlanması vətəndaşlarda təşviş yaradıb.
Xəzər Xəbər-in məlumatına görə, hadisə ilə bağlı polisə məlumat verilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, müraciət daxil olan kimi polis əməkdaşları kənddə nəzarəti gücləndirib. Hadisə ətraflı araşdırılır.