|
Son günlər İsveçdən soydaşlarımızla bağlı yaxşı xəbərlər alırıq.
Gənclərimiz İsveçin siyasi həyatında aktiv rol oynayırlar. Ümumi olaraq qeyd edim ki, hadisələrin gedişatını müsbət görürəm və istənilən nəticəni görə biləcəyimizə inanıram.
Bu sözləri Axar.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk bildirib.
“İsveçdə xeyli sayda soydaşımız yaşayır. Bu ölkədə yaşayan güneyli və quzeyli soydaşlarımız birlikdə hərəkət etsələr, bir neçə ilə İsveçdə yaxşı mənada monolit, güclü və effektiv işlər görə biləcək Azərbaycan icması yaranar. Düzdür, bu günə qədər fəaliyyət göstərən Azərbaycan icmasının fəaliyyəti olub və bir sıra uğurlu tədbirlər keçiriblər.
Məncə, artıq soydaşlarımızın uğurlu inteqrasiya prosesinə keçidi sürətlənməlidir. Bunun üçün yetərincə potensial var. İsveçdə təhsilli, intellektual soydaşlarımız çoxluq təşkil edir. Onların potensialı güc mərkəzinə çevrilməlidir”.