|
Yaponiya ilə II Dünya müharibəsinin sonundan bəri imzalanmayan sülh sazişi üçün həll yolu axtarmağa hazırıq.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Şərq İqtisadiyyat Forumu üçün Rusiyanın Vladivostok şəhərinə gələn Yaponiya Baş naziri Şinzo Abe ilə görüşən Putin sülh müqaviləsi ilə bağlı danışıqlar apardıqlarını, problemin on illərdir müzakirə edildiyini söyləyib:
"Sazişin 1 saat ərzində həll ediləcəyini düşünmək sadəlövhlük olar. Ancaq Moskva hər iki tərəfi qane etmək, ölkə xalqlarının qəbul edəcəyi həll yolu üçün çalışır".