|
Rusiya bu gün “Şərq 2018” təliminə start verəcək.
Axar.az xəbər verir ki, təlimdə 300 minə yaxın hərbçi iştirak edəcək. Təlimə Çin və Monqolustan hərbçiləri də cəlb olunacaq.
Təlimə 36 min tank və zirehli maşın, 80 gəmi qatılacaq.
Qeyd edək ki, təlim sentyabrın 17-də başa çatacaq.
Bu, müasir Rusiya tarixinin ən böyük təlimi sayılır.