Firudin Cəlilov: “Bu, Bakının bir ”xəstəliyidir" ki..."



Mehriban Vəzir: “Rus dilinə olan marağın əsas səbəblərindən biri...”

Dünyada rus dilində danışanların sayı azaldıqca, ölkəmizdə, əksinə, artmağa doğru gedir. İaşə obyektlərində, xidmət sektorunda işçilərin, əməkdaşların rus dilində danışdığının şahidi oluruq. Hansı ki, bu, dövlətimizin qanunlarına ziddir. Hətta yenidən valideynlər övladlarının daha çox rusdilli siniflərdə təhsil almasına maraq göstərməyə başlayıb. “Yeni Müsavat” qəzeti daim bu mövzunu gündəmdə saxlamağa çalışır.

Beləliklə, hər zaman bu mövzuya həssas yanaşan tanınmış bir neçə ziyalının mövqeyini öyrənməyə çalışdıq.

Türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov mövzu ilə bağlı bunları dedi: “Rus dilinə marağın artması tendensiyası hiss olunur. Bunun bir neçə səbəbi var. İlk növbədə vəzifəli məmurlar bu məsələdə maraqlıdır. Onlar bu məsələni vaxtaşırı gündəmə gətirirlər ki, rus dilinə ehtiyac var. İkinci səbəb isə obyektiv səbəbdir. Belə ki, rus bölümündə olan təlim-tərbiyə, xüsusən də dərsliklər Azərbaycan bölümündəkindən daha keyfiyyətli, yüksək səviyyədədir. Bu baxımdan rus bölümündə təhsil alan uşaqların intellektual səviyyəsi daha yüksək olur. Valideynlər də ona görə istəyir ki, övladları rus bölümündə təhsil alsın.

Похожее изображение

Qeyd edim ki, Azərbaycan bölümü üçün nəzərdə tutulan dərsliklər zəifdir, köhnə sovet dövründən qalma ənənə ilə yazılıb. Bu baxımdan çoxlu səbəb saymaq olar ki, niyə azərbaycanlı valideynlər övladlarının rus bölümündə təhsil almasını istəyir. Mən rus dilinin əleyhinə deyiləm, lakin bu dil xarici dil kimi öyrənilməlidir. Onu da qeyd edim ki, Azərbaycanda rus dilində məktəblərin açılmasının əleyhinəyəm. Dövlət nəzərə almalıdır ki, təlim-təhsil ölkənin ən əsas, lazımlı strateji sahəsidir. Bu sahəyə diqqət daha çox olmalıdır ki, ölkənin gələcəyi daha parlaq olsun. Lakin nədənsə bu sahəyə diqqət kifayətedici deyil. Dövlətin qərarı var ki, şəhərdə reklamlardan tutmuş, bütün xidmət sahələrində yalnız Azərbaycan dilindən istifadə olunsun. Lakin tez-tez şahidi oluruq ki, bu cür müəssisələrdə çalışanların əksəriyyəti rus dilinə üstünlük verir. Ölkəmiz haqqında məlumatı olmayan bir turist gəlib paytaxt Bakını gəzsə, dükan-bazarların üstündəki reklam yazılarını oxusa, elə düşünər ki, ölkəmiz ya İtaliyadır, ya da İngiltərə. Bu baxımdan reklam məsələsinə ciddi yanaşmaq lazımdır. Axı nə ehtiyac var ki, satıcı rus dilində bilir, ya yox? Məgər Bakı rus şəhəridir? Bu, sadəcə, Bakının bir “xəstəliyidir” ki, ötən əsrin 50-ci illərindən bu günə qədər davam edir".

Yazıçı - publisist Mehriban Vəzir isə mövzuya bu cür münasibət bildirdi: “Rus dilinə olan marağın əsas səbəblərindən biri bəzi məmurların Rusiyaya olan meylidir. Eyni zamanda Rusiya hökuməti çalışır ki, rus dili Azərbaycanda yaşasın və ingilis dili ilə rəqabətə girməsi üçün səylər göstərilir. Gizlin deyil ki, bunun üçün xüsusi maliyyə də ayrılır. Bunun üçün də ölkəmizdə bu gün rus dili daha da populyarlaşmaqdadır.

Картинки по запросу Yazıçı - publisist Mehriban Vəzir

Müşahidə edirik ki, məmurlar rus dilini bilməyən vətəndaşları işə götürməyərək, rus dilini stimullaşdırmağa çalışırlar. Bu bir siyasətdir. 

Bildiyiniz kimi, Rusiya bu məsələni Gürcüstanda, Pribaltika ölkələrində, Ukraynada, hətta Ermənistanda uduzub. Ona görə də çalışır ki, heç olmasa Cənubi Qafqazda öz gücünü qoruyub saxlaya bilsin".

Xatırladaq ki, keçmiş sovet imperiyasının tərkibində olan bəzi ölkələrdə rus dili artıq xarici dil kimi rəsmiləşdirilib. Məsələn, Ukraynada 2014-cü ildən bəri rus dili qadağan olunub. Həmin il ölkə ərazisində rus dilinə rəsmi status verməyə icazə verən “Dövlət dili haqqında” qanun ləğv edilib. Həmçinin Ukrayna məktəblərində 5-ci sinifdən sonra rus dilinin tədrisi ləğv olunub. 2020-ci ildən isə ibtidai siniflərdə də rus dili qadağan olunacaq.

Latviyada da özəl ali təhsil müəssisələrində və kolleclərdə rus dilində təhsil qadağan olunur. Yeni qanuna əsasən, 2019-cu il yanvarın 1-dən universitet və kolleclərdə rus bölməsinə tələbə qəbulu dayandırılacaq.

Ötən il isə Ermənistanda rus dili xarici dil statusunu almışdı. Rəsmi açıqlama verilərək bildirilmişdi ki, yeganə rəsmi dövlət dili erməni dilidir.

22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti