|
Serbiya mafiyasının lideri “Skalyari” ləqəbli J.V. Türkiyənin Antalya şəhərində yaxalanaraq ölkədən deportasiya edilib.
Axar.az xəbər verir ki, mafiya başçısı Lara bölgəsində öz avtomobilinə əyləşmək istədiyi zaman hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Bundan əlavə, Sklayarinin polisə təqdim etdiyi pasportun da saxta olduğu müəyyən edilib.