|
Ermənistan hüquq-mühafizə orqanları Robert Köçəryana qarşı yeni cinayət işi açıblar.
Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan deyib. Onun sözlərinə görə, Köçəryana qarşı yeni cinayət işi onun maliyyə fırıldaqları və çirkli pul yumasıyla bağlıdır:
“Söhbət bir neçə yüz milyon dollardan gedir. Biz faktları dərc edəcəyik və onun sərvətinin nə qədər olduğunu söyləyəcəyik. Onun İrəvanda 6 milyon dollar rüşvətə Konqres mehmanxanasını necə aldığını açıqlayacağıq”.