|
ABŞ sahillərinə yaxınlaşan “Florens” qasırğası son onilliklərin ən dağıdıcı təbii fəlakəti olacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, hökumət itkiləri minimuma endirmək üçün təcili qərarlar verəcək:
“Biz əvvəllər görünməyən şəkildə bu qasırğaya hazırlaşmışıq. Pulumuzu boşa xərcləmirik”.
Qeyd edək ki, ölkənin bir sıra ştatlarında artıq fövqəladə vəziyyət elan edilib.