|
İŞİD terror qruplaşması Liviyanın paytaxtı Tripoli şəhərində Milli Neft Koporasiyasının qərargahına edilən hücuma görə üzərinə məsuliyyəti götürüb.
Trend-in məlumatına görə, bu barədə terrorçuların internetdə yerləşdirdiyi bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, hücumda mühafizəyə atəş açan, binanı yandıran və orada olan əlakı məhv edən 3 nəfər iştirak edib. Terrorçular həmçinin bildirib ki, bu hücum "səliblərə loyal iqtisadi maraqlara qarşı hücumların davamı" olub.
Bazar ertəsi günü bir qrup silahlı şəxs Liviyanın paytaxtı Tripolinin mərkəzində MNK-nın baş ofisinə hücum edib. Hücumdan sonra binada yanğın başlayıb.