|
Musavat.com xəbər verir ki, bu sözləri politoloq Stepan Səfəryan erməni mətbuatına Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan və Xüsusi İstintaq Xidmətinin direktoru Sasun Xaçatryan arasında telefon danışığının yayılmasını şərh edərkən verdiyi müsahibədə söyləyib.
Stepan Səfəryan Vanesyanın həmin vaxt Moskvada olduğunu vurğulayaraq bəhs edilən qalmaqalın Putin-Paşinyan görüşü ilə bağlı olduğunu bildirib.
Erməni politoloq baş verənləri Rusiyanın daxilindəki situasiyadakı qeyri-nüəyyənliklə əlaqələndirib:
“Putin və Paşinyan son görüşdə Emərnistanın daxili problemlərindən də danışmış və hətta razılığa da gəlmişdilər. Görüşdə oyun qaydaları ilə bağlı razılaşma əldə olunmuşdu.
İndi Rusiyanın müəyyən dairələri hansısa oyun oynayaraq vəziyyəti qarışdırmağa cəhd edirlər. Onlar bununla da Putini Nikol Paşinyanla razılığa gəldiyi üçün səhv etdiyini göstərmək istəyiblər. Hesab edirəm ki, iki ölkə lideri arasındakı razılıq bir sıra Rusiya və onlarla bağlı olan erməni dairələrin də ürəyincə olmayıb. Həmin adamlar indi son güllələrini atırlar”,-Səfəryan iddia edib.
Stepan Səfəryan
Bununla bərabər S.Səfəryan səs yazısının MTX və ya XİX rəhbərini müşayiət edən hansısa erməni məmur tərəfindən həyata keçirildiyini də istisna etməyib. Səfəryan həmin adamın da bunu xüsusi məqsədlə törədə biləcəyini söyləyib.
“Çünki Vanesyan da məlum telefon söhbətində məhkəmə sisteminin Köçəryanın arxasında dayandığına işarə vurur. İki hüquq-mühafizə orqanı rəhbərinin göstərilən səbəbdən dolayı R.Köçəryanın həbsinin daha doğru seçim olduğu düşünməsinin səbəbi bundan irəli gəlir”,- Səfəryan bildirib.
Köçəryanın təşkilatı isə dünən yaydığı bəyanatda baş verənləri vəzifəli şəxslərin iştirakı ilə törədilən cinayət hesab edib. Keçmiş prezidentin ofisi tərəfindən yaılan sənəddə Ermənistanın indiki iqtidarının uydurma əsaslarla onu həbsdə tutaraq siyasi arenadan kənarda qoymaq istəməsi qeyd olunub.