|
“8 ayda gömrük məntəqələrində 1 tondan çox narkotik maddə müsadirə edilib”.
Musavat.com bildirir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mətbuat konfransında deyib. Komitə sədri həmçinin gömrükdən narkotik keçirməyə cəhd göstərən şəxslərin də sayının kifayət qədər çox olduğunu bildirib:
“Gömrük məntəqələrində narkotik keçimək istəyən 169 nəfər saxlanılıb ki, onlarında 143-ü kişi, 26-sı isə qadındır. Həmin şəxslərin 132 nəfəri yerli azərbaycanlı 37 nəfəri isə əcnəbi olub. 458-ci cinayət xarakterlidir.
Ümumiyyətlə 8 ay ərzində 6165 hüquqpozma faktı qeydə alınıb. Onlardan 458-ci cinayət xarakterlidir”.