Kremldə Ermənistan hökumətinin başçısını “sındırıblar”,

bu barədə erməni mediası konkret məlumatlar yayıb; yanvar ayınadək Paşinyan öz komandasındakı “Soros uşaqları” ilə vidalaşa bilər; Rusiyaya “meydan oxuyan” rəsmi İrəvan “val”ı geri çevirdi: Suriyadakı proseslərdə Rusiyanın yedəyində

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri ilə bağlı olduqca ilginc məlumatlar yayılıb. Ermənistan mediasının yazdıqlarından ortaya çıxan nəticə bundan ibarətdir ki, Paşinyan səfəröncəsi sərt ritorikasını nəinki Rusiya prezidenti Vladimir Putinlə görüşdə davam etdirə bilməyib, hətta Rusiyadakı erməni əsilli iş adamlarının qarşısında rəzil duruma düşüb.

“Rəsmi informasiyalardan əlavə, hamıya maraqlıdır ki, Putin-Paşinyan görüşündə bağlı qapılar arxasında müzakirə mövzusu nə olub və bu görüş hansı nəticələr verib”. Bu fikirlər Ermənistanın “Qrapark” qəzetindəndir. Rusiya kuluarlarına istinad edən qəzetin yazdığına görə, Paşinyan Putinin etibarını qazanmaq və məqsədinin təmiz olduğuna inandırmaq üçün hər şeyi edib. “Birbaşa və ya dolayısı ilə aydın olur ki, o, konfrantasiyaya getməyə hazırlaşmayıb, əməkdaşlığa və bütün mübahisəli məsələlərlə bağlı güzəştə getməyə hazırdır” - qəzet bildirir.

Картинки по запросу Putin-Paşinyan görüşü

Qeyd edək ki, Rusiya səfəri ərəfəsində rəsmi Moskva Paşinyandan Qərbə bağlı olan bir sıra kadrların öz postlarından uzaqlaşdırılmasını tələb etmişdi. Rusiya XİN başçısı Sergey Lavrovun davamlı şəkildə sərt dillə İrəvana etdiyi xəbərdarlıqlar, eks-prezident Robert Köçəryana Putinin açdığı telefon zəngi, barəsində 1 mart 2008-ci il cinayətləri ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun boş qalmış postuna hər hansı bir namizədin Kreml tərəfindən qəbul edilməməsi, üstəlik, MDB üzrə dövlətlərarası axtarışa verilmiş Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Mikael Arutyunyanın Rusiya ərazisində axtarışının dayandırılması Paşinyanın Qərbə reveranslarına sarsıdıcı cavab zərbələri idi. Ancaq Rusiya rəhbərliyi bununla kifayətlənmək fikrində olmadığını son səfər zamanı da nümayiş etdirdi. Belə ki, Putinlə görüşdən əvvəl və sonra bu səfər barədə danışan və feysbukda yazan təkcə Paşinyan oldu. 

Rusiya lideri onu Qərbə satmağa məqam gəzən Paşinyanla görüşünün yekununda birgə brifinq keçirməyə, yaxud Ermənistanla ikitərəfli münasibətlərin durumuna aydınlıq gətirməyə belə ehtiyac görmədi. Bu faktın özü Putinin Paşinyana və onun ölkəsinə münasibətinin göstəricisi sayıla bilər. Yeri gəlmişkən, bundan əvvəl Putin Azərbaycan prezidenti İlham Əliyevlə yüksək səviyyədə görüş keçirmiş, birgə mətbuat konfransında strateji əməkdaşlığın durumundan və perspektivlərdən bəhs etmiş, dövlət başçımıza etimadını publika qarşısında nümayiş etdirmişdi. Paşinyanın Moskva səfəri zamanı isə hətta Ermənistanın himayədarlarından sayılan Rusiyanın baş diplomatı S.Lavrovun etinasızlığı da diqqət çəkmişdi. Rusiya təhlükəsizliyinin qarantı olduğu Ermənistanın indi onu “keçi qiymətinə” Qərbə satmaq istəyən hökumətin başçısına öz yerini göstərdi. Hələ səfərdən əvvəl Köçəryan tərəfdarlarının Ermənistan hökumətindəki Qərbə bağlı kadrlarla bağlı dosyeni Kremlə yolladığı barədə xəbər yayılmışdı. 

Görünür, elə buna görədir ki, Ermənistanın “Qrapark” qəzetindəki məqalədə Ermənistandakı “Soros uşaqları”ndan da bəhs olunur: “Əgər ”Soros"la, ümumiyyətlə, proamerikan orientasiyalı kadrlarla bağlı problem varsa, o, (Paşinyan-red.) həmin şəxsləri dəyişməyə hazırdır, xüsusilə də nəzərə almaq lazımdır ki, onlar “ulduz kimi göydən düşməyiblər”. Materialda xatırladılır ki, Rusiyanın “arzuolunmaz” hesab etdiyi kadrların siyahısına Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan rəhbərlik edir. “Beləliklə, yanvar ayına qədər bir sıra kadr dəyişiklikləri həyata keçiriləcək” - qəzet yazır.

“Joxovurd” qəzeti isə Ermənistanın baş nazirinin Rusiyadakı erməni iş adamları ilə görüşünün də asan keçmədiyini yazıb. Bildirilir ki, sözügedən görüşdə əsasən keçmiş hakimiyyətlə bağlılığı olan iş adamları iştirak edib. Hansı ki, onlar yeni hakimiyyətin dövründə özlərini rahat hiss etmirlər. “Onların çoxu görüşə, sadəcə, müşahidəçi kimi qatılıb, oturub dinləyiblər və gediblər.

Картинки по запросу Ermənistanın baş nazirinin Rusiyadakı erməni iş adamları ilə görüşü

Digərləri isə bir-biri ilə daha Ermənistanla maraqlanmayacaqları barədə danışıblar. Çünki iş adamları ehtiyatlanırlar ki, yeni hökumət onlar üçün əlavə başağrısı yaradaca” - qəzet yazısında bildirilir. Müəllif bildirir ki, erməni iş adamları perspektivdə dəmir barmaqlıqlar arxasına düşmək istəmədikləri üçün Ermənistana investisiya yatırmaq istəmirlər.

Paşinyanın sahibkarlarla görüşündə baş verən insidentdən də bəhs olunur. Məlum olur ki, “Troyka Dialoq” kompaniyasının sahibi Ruben Vardanyan N.Paşinyanla kifayət qədər aqressiv danışıb. Bundan əlavə, məlum olur ki, Vardanyan yeni hökuməti aşağılayıb, yeni hakimiyyətin onun “ayağını tapdadığını” bildirib. Qeyd edək ki, hakimiyyət bundan əvvəl Ermənistandakı “Strateji Təşəbbüslər Mərkəzi” fondunu bağlamağa qərar verib. “Hansı ki, qurumun qəyyumlar şurasının üzvlərindən biri Vardanyandır” - “Joxovurd” qəzeti sonda yazır.

Erməni ictimaiyyəti də etiraf edir ki, Paşinyanın Moskvada Putinlə görüşü istənilən nəticəni verməyib. Ermənilər Paşinyanı Putinin tələsinə düşməkdə və təcrübəsizlikdə ittiham edir(publika.az). Erməni şərhçi Tevos Arşakyan Paşinyanın xarici siyasət təcrübəsinin yoxluğuna diqqət çəkib: “Heç kimə sirr deyil ki, Paşinyanın xarici siyasət təcrübəsi yoxdur və bu, Ermənistana qəddar zarafata başa gəldi. Demək olar ki, Paşinyan hökuməti rusların məharətlə qurduğu tələyə düşdü və burada qazanan Moskva ilə Bakı oldu”. 

Erməni şərhçi yazır ki, Paşinyan qaçaraq Putinin görüşünə getdi. 

“Daha sonra iki ölkə arasında münasibətlərin inkişafı haqqında bəlağətli bəyanatlar verdi. Halbuki Paşinyanla görüşdən əvvəl Putin İlham Əliyevlə görüşmüşdü və həmin görüşdə 16 sənəd imzalanmışdı. Paşinyanla isə heç bir sənəd imzalanmadı. Əvəzində Putin Paşinyanı tələyə salaraq, onun Qərbə inteqrasiya siyasətinin qarşısını aldı” - deyə, erməni şərhçi qeyd edib. 

Paşinyanın Putin qarşısında rəzil günə düşməsini sübut edən rəsmi xəbərə diqqət çəkək. Rusiya səfərindən sonra məlum oldu ki, İrəvan Suriyadakı proseslərdə iştirak qərarını qətiləşdirib. Düzdür, Ermənistanın “öz bayrağı” altında Suriyadakı proseslərdə iştirak edəcəyi iddia olunur. Amma şübhəsiz ki, “bayraq” söhbəti Qərb dairələrində qıcıq yaratmasın deyə, dövriyyəyə buraxılıb. Səfil gündə olan Ermənistan Suriya kimi bataqlığa müstəqil şəkildə girmək iqtidarında deyil. Deməli, bu prosesdə də Paşinyan hökuməti Rusiyanın yedəyində gedəcək. Artıq məsələ ilə bağlı Ermənistanda da etirazlar başlayıb. “Erməni hərbçilərinin Suriyaya Rusiya bayrağı altında göndərilməsi Ermənistanın Qərblə münasibətlərini daha da pisləşdirəcək”.

Musavat.com xəbər verir ki, bu sözləri erməni politoloq Ruben Mehrabyan 1-ci informasiya saytına verdiyi müsahibədə söyləyib.

Картинки по запросу Ruben Mehrabyan

Onun sözlərinə görə, bu hadisələrin ən arzuolunmaz inkişafı ola bilər. “Rusiya hərbçiləri və ümumiyyətlə, Rusiyanın özü qəssab Əsədi müdafiə edir və onun Suriyadakı hərbi cinayətlərinə ortaqdırlar. Erməni əsgərlərinin Suriyada ruslarla çiyin-çiyinə durması Ermənistanı bütün dünyanın gözündən salacaq. İkincisi, bu, İrəvanın Qərblə münasibətlərinin korlanmasına gətirib çıxaracaq. Əgər Ermənistan Suriyada iştirak etmək istəyirsə, bunu yalnız beynəlxalq mandat əsasında həyata keçirməlidir, daha Rusiyanın özbaşınalığı çərçivəsində yox...”, - R.Mehrabyan deyib.

Ruben Mehrabyan hadisələrin tərs yöndə inkişafı nəticəsində Ermənistanı sanksiyalarla üzləşə biləcəyini sözlərinə əlavə edib. 

Bundan başqa, o, sünni ərəb ölkələrində erməni icmalarının da olduğunu xatırladaraq son gəlişmənin onlar üçün də problemlər yaradacağını qeyd edib. Ermənistanın “Norvank” siyasi araşdırmalar fondunun rəhbəri Karen Veranyan isə tam əks fikirdədir. O, erməni əsgərlərinin Rusiya bayrağı altında olmasını “köhnə ənənələrin davamı” kimi qiymətləndirib. Veranyan Ermənistan hərbçilərinin yalnız minaxtaran, həkim kimi yardımçı funksiyası rolunu oynayacağını deyərək, onlara heç bir təhdid yaranmayacağını iddia edib. 

N.Paşinyan Rusiya səfəri öncəsi Putinlə “bir-birinin daxili işlərinə qarışmamaq”la bağlı müzakirələr aparacağını demişdi. Səfərdən sonra bu mövzuya toxunmadı, ardınca da bəlli oldu ki, Rusiyanın forpostu indi də onun ardınca Suriyaya getməyə hazırlaşır. Yuxarıda sadalananlar bir daha onu təsdiqləyir ki, Ermənistanın baş naziri Rusiyada ölkəsinin “müstəqil olduğu”nu deməyə belə cürət etməyib. Mümkündür ki, Paşinyan hakimiyyətinin ömrünü uzatmaq naminə Rusiyanın digər tələblərinin də icrasına tezliklə başlasın. Yaxın günlərdə qərbyönümlü kadrların əvəzlənməsi baş versə, təəccüblənməyin...

22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb

Xəbər lenti