|
Sınıq Körpü gömrük-keçid məntəqəsində gözləmələri azaltmaq üçün Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir və sözügedən mərkəz bu ayın sonunda istifadəyə veriləcək.
Axar.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Sədr gömrük işinin keyfiyyətinin artırılması məqsədi ilə Komitənin əməkdaşlarının sayının 250 nəfər artırıldığını, bunun da işin çevikliyinə zəmin yaradacağını bildirib.
Səfər Mehdiyev korrupsiya ilə bağlı da qəti mövqe sərgilədiklərini vurğulayıb:
“Kimliyindən asılı olmayaraq, buna cəhd edənlər bağışlanmır. Biz ümumi xəbərdarlıq etmişik. Hətta deyim ki, buna görə işdən qovulanlar da olub”.